Bərk məişət tullantılarının çeşidlənməsi zavodu

Bərk məişət tullantılarının çeşidlənməsi zavodu

   Bərk məişət tullantılarının çeşidlənməsi zavodu ölkədə təkrar emal sahəsini inkişaf etdirmək məqsədilə inşa edilmişdir.İllik gücü 200 min ton olan zavod qabaqcıl alman texnologiyaları əsasında qurulmuşdur. Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olan kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammallar ayrılır ki, bunun nəticəsində tullantıların ümumi həcmi azalır, ucuz xammal bazarı formalaşır, ölkədə təkrar emal qurulması üçün zəmin yaranır, enerjiyə qənaət olunur və ən önəmlisi - tullantıların ətraf mühitə mənfi təsiri azalır. Bundan əlavə, məişətdə əmələ gələn batareya və akkumulyator kimi təhlükəli tullantılar, o cümlədən bu qəbildən olan elektron tullantılar ümumi kütlədən ayrılaraq düzgün utilizasiya məqsədi ilə aidiyyatı yerlərə göndərilir.                                                                          

  Çeşidləmənin üstünlükləri:

  • Ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin azaldılması;
  • Təbii ehtiyatlara və enerjiyə qənaət;
  • Təkrar emal sənayesinin stimullaşdırılması;
  • Təkrar emala yararlı və ucuz xammal bazası;
  • Son tullantı miqdarının və həcminin azaldılması;
  • Yeni iş yerlərinin yaradılması