Nəqliyyat vasitələrinin utilizasiyası fondu

Nəqliyyat vasitələrinin utilizasiyası fondu Azərbaycan Respubliasının Prezidentinin 2024-cü il 27 yanvar tarixli 4279 nömrəli Sərəncamı ilə yaradılmışdır;

Fond dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondudur və aşağıdakı mənbələr hesabına formalaşır:

  • utilizasiya haqqı;
  • kreditlər və qrantlar;
  • hüquqi və fiziki şəxslərin könüllü ianələri;
  • beynəlxalq təşkilatların və digər donorların ayırmaları;
  • qanunla qadağan olunmayan digər mənbələr.


Fondun vəsaitləri aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:

  • nəqliyyat vasitələrini utilizasiyaya vermiş şəxslərə birdəfəlik ödənişlərin ödənilməsi;
  • yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri təsdiqedici sənəd əsasında satıcılar tərəfindən güzəştlə satıldıqda həmin endirim məbləğinin satıcılara geri ödənilməsi;
  • nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı qanunla nəzərdə tutulmuş funksiyaların icrasının təşkili və təmin edilməsi.