Nəqliyyat vasitələri üzrə utilizasiya haqqının məbləği
№-si | Kateqoriya | Tutulma vaxtı | İstehsal-buraxılış ili | Utilizasiya haqqının məbləği (manatla) |
1. | Minik avtomobilləri (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) | Gömrük rəsmiləşdirilməsi zamanı | 4 ildən 7 ilədək olduqda | 400 |
7 il və daha çox olduqda | 700 | |||
2. | “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin II və III hissələrində nəzərdə tutulan nəqliyyat vasitələri | Hər dövlət texniki baxışı zamanı | 4 ildən 10 ilədək olduqda | 10 |
10 ildən 20 ilədək olduqda | 20 | |||
20 ildən 30 ilədək olduqda | 30 | |||
30 il və daha çox olduqda | 40 |
Qeyd:
traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün utilizasiya haqları 2024-cü il fevralın 1-dən 2 (iki) il müddətinə 50 (əlli) faiz həcmdə tətbiq edilir:
|
№-si
| Nəqliyyat vasitələrinin növü | Qeyd-şərt və ya təyinedici xüsusiyyətlər |
1 | Traktorlar
| bütün tipli, markalı, modelli |
2 | Asma-qoşma kənd təsərrüfatı mexanizmləri | tarla işlərində istifadə edilən |
3 | Yükləyicilər | mineral və üzvü gübrələrin yığılması və yüklənməsi üçün |
4 | Avtoyükləyicilər və digər markalı texnikalar | kənd təsərrüfatı məhsulları emalı sənayesi sahəsində yükləmə və boşaltma işlərində istifadə edilən |
5 | Qreyderlər və digər texnikalar | tarlalararası yolların çəkilməsi və təmiri üçün |
6 | Buldozerlər | küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan aqrar-sənaye kompleksindən, meşə və ekologiya sahələrində, su-meliorasiya təsərrüfatlarında, kənd-tarla arası yolların çəkilişində və digər kənd təsərrüfatı üçün xidmət sahələrində istifadə edilən |
plantaj şum aparmaq, sahələri hamarlamaq, çəltik səpini, tarlanın hazırlanması üçün silos və senaj quyularının qazılması, yaşıl kütlənin tapdanması və basdırılması üçün | ||
fermer təsərrüfatında suvarma xətlərinin çəkilişində istifadə edilən, taxıl yığımından əvvəl isə həmin xətlərin doldurulması üçün | ||
suvarma kanallarının çəkilişi, təmizlənməsi işlərində istifadə edilən | ||
7 | Ekskavatorlar | küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan aqrar-sənaye kompleksindən, meşə və ekologiya sahələrində, su-meliorasiya təsərrüfatlarında, kənd-tarla arası yolların çəkilişində və digər kənd təsərrüfatı üçün xidmət sahələrində istifadə edilən |
plantaj şum aparmaq, sahələri hamarlamaq, çəltik səpini, tarlanın hazırlanması üçün silos və senaj quyularının qazılması, yaşıl kütlənin tapdanması və basdırılması üçün | ||
fermer təsərrüfatında suvarma xətlərinin çəkilişində istifadə edilən, taxıl yığımından əvvəl isə həmin xətlərin doldurulması üçün | ||
8 | Bütün markalı skreyperlər | suvarma kanallarının çəkilişi, təmizlənməsi işlərində istifadə edilən |
9 | Digər özüyeriyən texnikalar və tırtıllı mexaniki nəqliyyat vasitələri | küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan aqrar-sənaye kompleksindən, meşə və ekologiya sahələrində, su-meliorasiya təsərrüfatlarında, kənd-tarla arası yolların çəkilişində və digər kənd təsərrüfatı üçün xidmət sahələrində istifadə edilən |