Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 iyul tarixli 2253 nömrəli Fərmanı ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator təyin edilmişdir.

Operatorun fəaliyyətinin əsas istiqamətlərinə aiddir:

  • nəqliyyat vasitələrinin utilizasiyası fondunun idarə edilməsi;
  • nəqliyyat vasitələrinin utilizatorlarının reyestrinin aparılması;
  • nəqliyyat vasitələrinin utilizatorlarından və satıcılarından yazılı məlumatların alınması;
  • təsdiqedici sənədlərin uçotu.