- Təsdiqedici sənədlər yalnız reyestrdə qeydə alınmış utilizatorlar tərəfindən verilə bilər.
- təsdiqedici sənəd(lər) əldə etmiş şəxs öz istəyinə uyğun olaraq aşağıdakı seçimlərdən birini edə bilər:
- yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsini güzəştli qaydada əldə etmək;
- müvafiq güzəşt məbləğinin 70% həcmində birdəfəlik ödəniş almaq.
- təsdiqedici sənəd üzrə güzəştin tətbiqi satın alınacaq yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin təsnifatı üzrə məhdudlaşdırılmır.
Məsələn, əgər utilizasiyaya verdiyiniz M1 təsnifatı üzrə nəqliyyat vasitəsinə görə təsdiqedici sənədiniz varsa, siz həmin sənəd üzrə güzəşti istənilən təsnifatlı (M1, M2, N3, TT, HT və s.) yerli istehsal nəqliyyat vasitəsi üçün istifadə edə bilərsiniz.
- təsdiqedici sənəd verildiyi gündən 3 (üç) il müddətində qüvvədə qalır;
- hər təsdiqedici sənəd yalnız bir dəfə istifadə oluna bilər;
- təsdiqedici sənəd adsızdır və başqa şəxs tərəfindən də istifadə edilə bilər;
- qüvvədə olan və istifadə edilməmiş bir neçə təsdiqedici sənəd üzrə güzəşt məbləğləri cəmlənməklə istifadə edilə bilər.
DİQQƏT:
- Satıcılar alıcıların onlara təqdim etdiyi təsdiqedici sənədlər üzrə güzəştin tətbiqindən imtina edə bilməzlər. Belə imtina Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
- Bir neçə təsdiqedici sənəd üzrə güzəşt məbləğlərinin cəmlənmiş ümumi məbləği satın alınan nəqliyyat vasitəsinin müqavilə üzrə satış dəyərindən çox olduqda ümumi güzəşt məbləğinin artıq olan hissəsi satıcıya ödənilmir.