Sual-cavab

Şəxs nəqliyyat vasitəsini öz arzusu ilə istənilən vaxt utilizasiyaya verə bilər.

Xeyr. Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllüdür.

İstənilən nəqliyyat vasitəsi (yeni, köhnə, qəzalı, tam yararlı və s.) texniki vəziyyətindən asılı olmayaraq utilizasiyaya verilə bilər.

Xeyr. Bunun üçün əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.

Bunun üçün nəqliyyat vasitəsinin dövlət qeydiyyatını aparan aidiyyəti orqana müraciət edilməlidir.

Utilizasiya haqqı beynəlxalq ekoloji prinsiplərdən olan "Çirkləndirən ödəyir" prinsipinə əsasən nəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilən vəsaitdir.

Utilizasiya haqlarının ödənilməsi üçün əsas "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun 14-1 və 14-3-cü maddələri, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il 31 yanvar tarixli 61 nömrəli qərarıdır. Utilizasiya haqları hər hansı xidmət (və ya mal) qarşılığında tutulan vəsaitlər olmadığına və qanunla məqsədli büdcə fonduna ödənildiyinə görə, onların ödənilməsi üçün hansısa əlavə bir ödəniş sənədi (müqavilə, hesab-faktura və s.) tələb olunmur.

Operator funksiyalarını “Təmiz Şəhər” ASC həyata keçirir. Operator nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı müvafiq məsələlər üzrə təyin olunmuş şəxsdir. Bu məsələlərə nəqliyyat vasitələrinin utilizasiyası fondu, utilizatorların reyestri, utilizatorlardan və nəqliyyat vasitələrinin satıcılarından yazılı məlumatların alınması və təsdiqedici sənədlərin uçotu daxildir.

Utilizator operator tərəfindən müvafiq reyestrdə qeydiyyata alınmaqla nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini təsdiqedici sənəd vermək hüququ ilə həyata keçirən şəxsdir.

Bunun üçün operatora ("Təmiz Şəhər" ASC) ərizə ilə müraciət olunmalı və ərizəyə tələb olunan zəruri sənədlər əlavə olunmalıdır. Ərizəçi tələblərə cavab verdikdə operator onun reyestrdə qeydə alınmasını təmin edir.

Bəli. Utilizatorlar nəqliyyat vasitələrini utilizasiyaya növbəlilik əsasında qəbul edirlər. Bu səbəbdən, nəqliyyat vasitəsini dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarmazdan və utilizatora təhvil verməzdən əvvəl seçdiyiniz utilizatorda növbə tutmaq lazımdır.

Xeyr. “Təmiz Şəhər” ASC operator olduğu üçün “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun 14-2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirə (o cümlədən, utilizator ola) bilməz.

Təsdiqedici sənəd nəqliyyat vasitəsinin utilizasiya məqsədilə utilizatora verildiyini təsdiq edən və buna görə nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə güzəşt hüququ verən, xüsusi seriya və nömrəyə malik ciddi hesabat blankı olan sənəddir.

İlk növbədə aidiyyəti dövlət qeydiyyat orqanına müraciət edərək nəqliyyat vasitəsini dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarmalı, daha sonra həmin nəqliyyat vasitəsini müvafiq reyestrdə qeydiyyata alınmış utilizatora təhvil verməlisiniz. Nəqliyyat vasitəsini dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarmazdan və utilizatora verməzdən əvvəl seçdiyiniz utilizatorda növbə tutmağınız məqsədəuyğundur.

Yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsini güzəştlə (endirimlə) əldə etmək, yaxud müvafiq güzəşt məbləğinin 70% həcmində birdəfəlik ödəniş almaq.

Xeyr. Güzəştdən istifadə edə bilmək üçün satın alınan nəqliyyat vasitəsi yerli istehsal olunmuş və yeni nəqliyyat vasitəsi olmalıdır.

Güzəşt məbləğləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il 31 yanvar tarixli 61 nömrəli qərarı ilə nəqliyyat vasitələrinin təsnifatı üzrə müəyyən edilmişdir. Hazırda təsnifata uyğun olaraq bu məbləğlər minimum 200 manat, maksimum isə 3000 manat təşkil edir.

Bəli. Alacağınız yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsi üçün bir neçə təsdiqedici sənədi birlikdə təqdim edərək güzəşt məbləğlərini cəmləyə bilərsiniz. Nəzərə alın ki, güzəşt məbləğlərinin cəmi alacağınız nəqliyyat vasitəsinin satış dəyərindən çox olarsa, arada qalan fərq sizə ödənilməyəcəkdir.

Birdəfəlik ödənişin məbləği nəqliyyat vasitələrinin təsnifatı üzrə müəyyən edilmiş müvafiq güzəşt (endirim) məbləğinin 70%-i həcmində müəyyən edilmişdir.