“Təmiz Şəhər” dezinfeksiya işlərini davam etdirir

28/08/2020 21:44

“Təmiz Şəhər” ASC “Təmiz Qala” layihəsi çərçivəsində Qala qəsəbəsində tullantıların çeşidlənməsi və daşınması işlərini davam etdirir. Koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə həyata keçirilən preventiv tədbir olaraq, qəsəbədə yerləşdirilən 150-dən artıq tullantı meydançalarında mütəmadi dezinfeksiya işləri aparılır, tullantı qutuları xüsusi qurğular vasitəsilə yuyulur.
Bununla yanaşı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi də xüsusi texnikalar vasitəsilə gündəlik təmizlənir və dezinfeksiya edilir.