Təmiz Şəhər” ASC cəbhə bölgəsinə 10 min təkər göndərib

02/10/2020 21:45

“Təmiz Şəhər” ASC cəbhə bölgəsinə 10 min təkər göndərib“Hər şey Vətən üçün” aksiyası çərçivəsində şin dolu növbəti yük avtomobil karvanı cəbhə bölgəsinə yola salınıb. Bu dəfə 23 yük avtomobili ilə 16 mindən artıq təkər göndərilib.
Qeyd edək ki, təkərlər cəbhənin ön xəttində mövqelərin mühafizəsi baxımından olduqca əhəmiyyətli materialdır. Bunu nəzərə alaraq, şinlərin toplanaraq cəbhə bölgəsinə yola salınması davamlı olaraq həyata keçirilir.
“Təmiz Şəhər” ASC də “Hər şey Vətən üçün” aksiyasına qoşularaq cəbhə bölgəsinə 10 min təkər göndərib.
Xatırladaq ki, iyul ayından düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə “Hər şey Vətən üçün” aksiyasına başlayıb. Ötən müddətdə cəbhəyə 83 yük avtomobili ilə 42,5 mindən çox təkər göndərilib.