“Təmiz Şəhər” ASC-də növbəti qanvermə aksiyası keçirilib

05/05/2022 17:49

“Təmiz Şəhər” ASC-nin əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsinə dəstək məqsədilə  5 may 2022-ci il tarixində qanvermə aksiyasında iştirak ediblər. Mərkəzi Qan Bankı və Azərbaycan Talassemiya Federasiyasının nümayəndələrinin iştirakı ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda təşkil edilən aksiyada 100-ə yaxın əməkdaş  qan verib. Aksiya çərçivəsində toplanmış qan Mərkəzi Qan Bankına təhvil verilib. Qeyd edək ki, “Təmiz Şəhər” ASC hər il “Talassemiyasız həyat naminə” layihəsinə qoşularaq qan xəstəliklərindən əziyyət çəkən insanların qanla təmin olunmasına dəstək göstərir. “Təmiz Şəhər” ASC-nin qanvermə aksiyalarında fəallığı nəzərə alınaraq  Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı tərəfindən təşəkkürnamə ilə təltif edilib.