Yeni proqram təminatlarının hazırlanması, mövcud proqram təminatına əlavə funksionallıqların artırılması və texniki dəstək işlərinin satınalınması
Date: 04/03/2024 - 11/03/2024
Yeni proqram təminatlarının hazırlanması, mövcud proqram təminatına əlavə funksionallıqların artırılması və texniki dəstək işlərinin satınalınması
Satınalma iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Zərflərin üzərində iddiaçının və daxili satınalma predmetinin adı, o cümlədən əsas şərtlər toplusunda zərflərin açılması üçün müəyyən olunmuş vaxta qədər zərfin açılmasının qadağan olması barədə qeyd göstərilməlidir. Hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənərək onun nümayəndəsi vasitəsilə Cəmiyyətin Ümumi işlər şöbəsinə müşayiət məktubu ilə təqdim edilir. Nümayəndə qəbuletmə ilə bağlı təsdiqedici sənədi mütləq Cəmiyyətdən tələb etməli və təhvil almalıdır.
Müqaviləni yerinə yetirmək üçün satınalma iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Satınalma prosedurunda iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Təmiz Şəhər” ASC-nin Xocalı prospekti 55 ünvanında yerləşən ofisinə göndərsinlər. Əlaqələndirici şəxs – Qüdrətov Tural (telefon 464 41 11)
Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir.
İştirak haqqı 100 manat.
Rekvizitlər
VÖEN:1301914311
H/h:AZ25AZEN38090668993944108001
Bank:“Expressbank”ASC Xətai filialı
Bankin VÖEN-ni:1500031691
M/h:AZ11NABZ01350100000000036944
Kod:510891
SWIFT:AZENAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar satınalma prosedurunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- İştirak üçün ərizə;
- Cəlb edilən malgöndərənin (podratçının) fəaliyyətinin qiymətləndirilməsi anketi
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından almalıdır. Arayış 2024-ci ilində verilmiş olmalıdır həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır
- Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti və rekvizitləri, son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından almalıdır. (Yüklülük haqqında arayış) arayış 2024-ci ilində verilmiş olmalıdır həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır
- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
- Rəhbərin cinayətə görə məhkum olunmamasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışı təqdim etməyinizi xahiş edirik. (ASAN Xidmət Mərkəzlərindən) Arayış 2024-ci ilində verilmiş olmalıdır
- Sahibkarlıq subyektinin bölgüsü
Malgöndərən(podratçı) Dövlət Statistika Komitəsindən alınmalıdır.Arayış müvafiq dövlət qurumunun rəsmi blankında və ya notarial təsdiq olunmuş olmalıdır.
- Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Texniki imkanlar barədə məlumat
İddiaçının son 5 (beş) il ərzində analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər
Peşəkar mühəndis heyyəti
peşəkar mühəndis heyyətina malik olmalıdır, bununla bağlı həmin işçiləri şəxsiyyət vəsiqələri, diplomlarını, əmək müqavilələrinin sürətləri
Tövsiyə məktubları
İcra edilmiş müqavilələrin surətləri
Təhvil təslim aktları
Tövsiyə məktubları
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazəyə malik olması
- Təklif (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Qeyd edilən sənədlər təqdim edilmədiyi halda iddiaçı satınalma prosedurundan kənarlaşdırılacaqdır.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır).
Satınalma proseduru “Təmiz Şəhər”ASC-nin satınalma qaydasına uyğun keçiriləcəkdir.
Ermənistan Respublikası və BMT tərəfindən tanınmayan dövlətlərdə qeydiyyatdan keçmiş və ya həmin dövlətlərin rezidentlərinin və vətəndaşlarının təsisçisi (o cümlədən idarəçisi) olduğu hüquqi şəxslər və həmin dövlətlərin vətəndaşı və ya rezidenti olan fiziki şəxslər istisna olmaqla istənilən hüquqi və fiziki şəxs satınalma proseduruna qatıla bilər.
İddiaçılar kotirovk sorğusunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri möhürlənmiş ikiqat zərfdə 11.03.2024-cü il, saat 17:00-da qədər “Təmiz Şəhər” ASC-nin Bakı şəhəri, Xocalı prospekti 55 ünvanında yerləşən ofisinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 12.03.2024-cü il, saat 17:00-da Bakı şəhəri, Xocalı prospekti 55 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər
SATINALMA KOMİSSİYASI
Yeni proqram təminatlarının hazırlanması,
mövcud proqram təminatına əlavə funksionallıqların artırılması
və texniki dəstək göstərilməsinə dair
iş həcmi
İş həcmində nəzərdə tutulan – hazırlanmalı olan, təkmilləşdirilməli olan və texniki dəstək göstərilməli olan proqram təminatları aşağıdakılardır:
- Tullantıların informasiya sistemi (TİS) – Hazırlanmalıdır;
- Balaxanı Sənaye Parkı (BSP) xidmətləri üzrə proqram təminatı – Hazırlanmalıdır;
- Müqavilələri idarəetmə sistemi (MİS) – Əlavə funksionallıqlar və texniki dəstək;
- “Route Optimiser by Tamiz Shahar” proqram təminatı – Texniki dəstək;
- Android planşetlər üçün proqram təminatı – Texniki dəstək;
- Ümumi nəzarət proqram təminatı – Texniki dəstək;
- Rəsmi veb sayt – Texniki dəstək.
Hər bir proqram təminatına dair ətraflı məlumat:
- Tullantıların informasiya sistemi (TİS)
- Təyinatı: Zərərsizləşdirilmə, çeşidlənmə və yandırılma məqsədilə əraziyə gətirilən tullantıların yük tərəziləri vasitəsilə çəkim məlumatlarının avtomatlaşmış qeydiyyatının aparılması və müvafiq ödənişlərin hesablanması, uçotu, hesab-faktura və aktların sistem vasitəsilə hazırlanması və digər əlaqəli proseslərin idarə olunması.
- Alt modulları:
- Avtomatlaşmış qeydiyyat sistemi
- İdarəetmə proqram təminatı
- Veb API
- Digər sistemlərlə inteqrasiya
TİS – Avtomatlaşmış qeydiyyat sistemi
Avtomatlaşmış qeydiyyat sistemi aşağıda adları qeyd olunmuş 4 müxtəlif ərazidəki yük tərəziləri ilə avtomatlaşmış qaydada məlumat mübadiləsi edərək məlumatların əsas bazaya qeydiyyatı məqsədilə nəzərdə tutulur:
- Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu (BŞTZP);
- Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu (BBMTÇZ);
- Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BBMTYZ);
- Balaxanı Sənaye Parkı (BSP);
Avtomatlaşmış qeydiyyat sistemi aşağıdakı avadanlıqlarla inteqrasiya olunmalıdır:
- Yük tərəziləri (tullantı daşıyan avtomobilin giriş və çıxış tərəzilərdə dolu və boş çəkisinin ölçülməsi üçün);
- RFİD kart oxuyucular və onların qoşulduğu kontrollerlər (məlumatların qeydiyyatı prosesinin avtomatlaşdırılması üçün);
- İşıqfor (avtomobilin tərəzi üzərində hərəkəti zamanı sürücünü məlumatlandırmaq üçün);
Həmçinin BŞTZP-də yerləşən Yuma və dezinfeksiya məntəqəsindəki proseslərin qeydiyyatı və nəzarət məqsədli avtomatlaşmış nəzarət sisteminin hazırlanması da nəzərdə tutulur.
Həmçinin aşağıda qeyd olunan quraşdırma və sazlama işləri də icra olunmalıdır:
- Cisco manage sviçlərin (2 ədəd) quraşdırılması və portlar üzrə VLAN-ların konfiqurasiya olunması;
- Serverin quraşdırılması və RAID sisteminin qurulması;
- Serverdə virtual mühitin yaradılması və müvafiq konfiqurasiya işlərinin icrası;
- Virtual serverlərin yaradılması, əməliyyat sistemlərinin yazılması, Verilənlər bazası idarəetmə sisteminin, veb serverin və digər lazımi komponentlərin quraşdırılması və sazlanması;
TİS – İdarəetmə proqram təminatı
Təyinatı: Tullantı gətirən şirkətlərlə bağlanmış müqavilələrin idarəçiliyi, qeydiyyat əməliyyatları ilə müvafiq müqavilənin avtomatik əlaqələnməsi, hesabat sistemi, sistemə giriş icazələrinin idarə olunması və digər funksionallıqların icrası.
Əsas funksionallıqlar:
- Kontragent məlumatlarının idarə olunması
- yeni kontragent yaradılması
- kontragent məlumatlarının redaktə olunması
- Zərərsizləşdirmə müqavilələrinin idarə olunması
- yeni müqavilə yaradılması
- müqavilə məlumatlarının redaktə olunması
- müqaviləyə əlavə yaradılması
- müqavilə üzrə ödəniş olunması
- müqavilə üzrə ödənişlərə baxmaq
- müqavilə üzrə balans tarixçəsinə baxmaq
- müqavilə üzrə hesab-fakturaların avtomatik formalaşdırılması
- Çeşitləmə üzrə satış müqavilələrinin idarə olunması
- yeni müqavilə yaradılması
- müqavilə məlumatlarının redaktə olunması
- müqaviləyə əlavə yaradılması
- müqavilə üzrə ödəniş olunması
- müqavilə üzrə ödənişlərə baxmaq
- müqavilə üzrə balans tarixçəsinə baxmaq
- müqavilə üzrə hesab-fakturaların avtomatik formalaşdırılması
- Digər müqavilələr
- yeni müqavilə yaradılması
- müqavilə məlumatlarının redaktə olunması
- müqaviləyə əlavə yaradılması
- Ay bağlanışları üzrə məlumatların idarə olunması
- yeni ay bağlanışı məlumatının yaradılması
- ay bağlanışı məlumatının redaktə olunması
- Zərərsizləşdirmə məlumatlarının idarə olunması
- yeni zərərsizləşdirmə yaradılması
- mövcud zərərsizləşdirmə məlumatlarına dəyişiklik olunması (bu dəyişiklik birbaşa üsulla deyil, aidiyyəti əməkdaşların bu dəyişikliyi sistem vasitəsilə təsdiq etməsi nəticəsində mümkün olmalıdır)
- Şuşa, Şərqi Zəngəzur və Qarabağ zonalarına aid zərərsizləşdirmə məlumatlarının müvəqqəti olaraq sistemə mexaniki qaydada idxal olunması (excell fayldan import)
- Satış məlumatlarının idarə olunması
- yeni satış yaradılması
- mövcud satış məlumatlarına dəyişiklik olunması (bu dəyişiklik birbaşa üsulla deyil, aidiyyəti əməkdaşların bu dəyişikliyi sistem vasitəsilə təsdiq etməsi nəticəsində mümkün olmalıdır)
- Hesabatlar
- Proseslər nəticəsində proqram təminatının verilənlər bazasında toplanmış məlumatlardan istifadə etməklə Sifarişçinin tələblərinə uyğun olaraq bir çox hesabatların sistemdən əldə olunması mümkün olmalıdır.
- İstifadəçi məlumatlarının idarə olunması
- yeni istifadəçi yaradılması
- istifadəçi məlumatlarının redaktə olunması
- istifadəçi şifrəsinin yenilənməsi
- istifadəçinin sistem üzrə icazələrinin tənzimlənməsi
TİS – Veb API
Təyinatı: Avtomatlaşmış qeydiyyat sisteminə lazım olan məlumatların əsas verilənlər bazasından oxunması və qeydiyyat məlumatlarının əsas verilənlər bazasına yazılması funksionallığının təmin olunması
TİS – Digər sistemlərlə inteqrasiya
TİS proqram təminatı aşağıda qeyd olunmuş sistemlərlə inteqrasiya olunmalıdır:
- E-Manat terminalları (ödəmələrin avtomatik olaraq sistemdə əks olunması üçün)
- BBMTYZ-da istifadə olunan tullantıların mövcud qeydiyyatı sistemi (həmin sistemdə olan məlumatların TİS proqram təminatına periodik olaraq avtomatlaşmış qaydada idxal olunması üçün)
- Balaxanı Sənaye Parkı (BSP) xidmətləri üzrə proqram təminatı
- Təyinatı: Balaxanı Sənaye Parkının rezidentləri ilə bağlanmış müqavilələrin idarə olunması, rezidentlərə göstərilən xidmətlərin qeydiyyatı, xidmətlərə görə hesab-fakturaların sistemdə formalaşdırılması və ödənişlərin uçotunun aparılması.
- BSP-də aşağıda qeyd olunmuş xidmət növləri mövcuddur:
- icarə xidməti (kv metr);
- istehsalat sahələri üzrə xidmət (kv metr);
- tərəzi xidməti (dəfə);
- aktiv enerji xidməti (kvt/saat);
- reaktiv enerji xidməti (kvt/saat);
- transformator itkisi;
- soyuq su xidməti (kub metr);
- çirkab soyuq su xidməti (kub metr);
- isti su xidməti (kub metr);
- çirkab isti su xidməti (kub metr);
- isitmə xidməti (kv metr);
- qaz xidməti (kub metr).
Balaxanı Sənaye Parkının rezidentləri ilə bağlanmış müqavilələrin idarə olunmasına dair funksionallıqlar:
- yeni müqavilə yaradılması
- müqavilə məlumatlarının redaktə olunması
- müqaviləyə əlavə yaradılması
- müqavilə üzrə ödəniş olunması
- müqavilə üzrə ödənişlərə baxmaq
- müqavilə üzrə balans tarixçəsinə baxmaq
- müqavilə üzrə hesab-fakturaların avtomatik formalaşdırılması
- Müqavilələri idarəetmə sistemi (MİS)
- Təyinatı: Əhali və təşkilatlara aid tullatıların daşınması məqsədilə bağlanmış müqavilələrin idarə olunması, bu müqavilələr üzrə olunmuş ödənişlərin uçotunun aparılması, müqavilələr üzrə yaranmış borcların hesablanması, müqavilələr üzrə hesab-fakturaların hazırlanması və müvafiq hesabatların çıxarılması.
- Proqram təminatı platforması: Veb application
- Proqramlaşdırma dili və komponentlər: C# DotNet MVC, Javascript
- Məlumat bazası: MS SQL Server
- Əməliyyat sistemi: Windows Server
- İnteqrasiya olunduğu sistem: E-Manat ödəmə terminalları
- Proqram təminatına əlavə olunmalı olan funksionallıqlar aşağıdakılardır:
Müqavilələri İdarəetmə Sistemi üzrə proqram təminatı üçün “Debitor və kreditorlar” modulunun hazırlanması;
Müqavilələri İdarəetmə Sistemi üzrə proqram təminatında Qala, Şuşa, Şərqi Zəngəzur və Qarabağ zonalarındakı təşkilatlar ilə müqavilələrə aid hesab-fakturaların avtomatik olaraq sistemdən çıxarılması funksionallığının əlavə olunması;
- Müqavilələri İdarəetmə Sistemi üzrə proqram təminatına xəritə üzrə axtarış funksionallığının əlavə olunması;
- Həmçiinin proqram təminatında yaranmış problemlərin operativ olaraq həll olunması, mövcud funksionallıqların təkmilləşdirilməsi və digər texniki dəstək işlərinin icrası təmin olunmalıdır.
- “Route Optimiser by Tamiz Shahar” proqram təminatı
- Təyinatı: Çoxsaylı tullantı nöqtələrindən tullantının bir neçə avtomobil vasitəsilə həftənin yığım günləri, tullantı həcmi, avtomobilin sıxlaşdırma imkanı və yol hərəkət qaydaları nəzərə alınmaqla daşınması üçün optimal həllin tapılması və marşrut məlumatlarının avtomobillərdə olan planşetlərə ötürülməsi.
- Proqram təminatı platforması: Desktop application
- Proqramlaşdırma dili və komponentlər: C#, ArcObjects SDK
- Məlumat bazası: MS SQL Server
- Əməliyyat sistemi: Windows
Proqram təminatında yaranmış problemlərin operativ olaraq həll olunması, mövcud funksionallıqların təkmilləşdirilməsi və digər texniki dəstək işlərinin icrası nəzərdə tutulur.
- Android planşetlər üçün proqram təminatı
- Təyinatı: Tullantının daşınması işlərini icra edən avtomobillərin şəxsi heyətinin onlar üçün təyin olunmuş marşrutları və yığım nöqtələri barədə məlumatları xəritə üzərində görməsi.
- Proqram təminatı platforması: Mobil application
- Proqramlaşdırma dili: Java
- Əməliyyat sistemi: Android
Proqram təminatında yaranmış problemlərin operativ olaraq həll olunması, mövcud funksionallıqların təkmilləşdirilməsi və digər texniki dəstək işlərinin icrası nəzərdə tutulur.
- Ümumi nəzarət proqram təminatı
- Təyinatı: Tullantının daşınması işlərini icra edən avtomobillərin onlar üçün təyin olunmuş marşrutlar üzrə hərəkətinə GPS məlumatlarına əsasən nəzarət olunması.
- Proqram təminatı platforması: Desktop application
- Proqramlaşdırma dili və komponentlər: C#, ArcObjects SDK, DevExpress
- Məlumat bazası: MS SQL Server
- Əməliyyat sistemi: Windows
- İnteqrasiya olunduğu sistem: Arvento GPS sistemi
Proqram təminatında yaranmış problemlərin operativ olaraq həll olunması, mövcud funksionallıqların təkmilləşdirilməsi və digər texniki dəstək işlərinin icrası nəzərdə tutulur.
- Rəsmi veb sayt (tamizshahar.az)
- Proqram təminatı platforması: Veb sayt
- Proqramlaşdırma dili: PHP, Javascript
- Məlumat bazası: MySQL
- Yerləşdiyi yer: Hosting
Veb saytda yaranmış problemlərin operativ olaraq həll olunması, mövcud funksionallıqların təkmilləşdirilməsi və digər texniki dəstək işlərinin icrası nəzərdə tutulur.
Proqram təminatları üzrə digər tələblər:
- Proqram təminatları modul əsaslı hazırlanmalı və gələcəkdə əlavə oluna biləcək yeni funksionallıqların tətbiqi məqsədilə genişləndiriləbilən olmalıdır;
- Proqram təminatları hazırlanarkən müasir proqramlaşdırma tələblərinə və Azərbaycan Respublikası müvafiq Qanunlarının tələblərinə uyğun olaraq keyfiyyətli şəkildə hazırlanmalı, proqram xətaları minimum olmalıdır;
- Proqram təminatları hazırlanarkən, yenilənmə və əlavələr olunarkən təhlükəsizlik baxımından bütün bilinən hucum növlərinə qarşı dayanıqlılıq təmin olunmalıdır;
- Olunmuş dəyişiklik və əlavələr istifadəyə verilmədən öncə detallı şəkildə test olunmalı və çıxan problemlər həll olunduqdan sonra istifadəyə verilməlidir;
- Veb əsaslı proqram təminatları responsive-layout’a uyğun olaraq hazırlanmalıdır;
- Proqram təminatlarının istifadəçiləri ilə əks əlaqə funksionallığı SMTP ilə inteqrasiya əsasında həyata keçirilməlidir;
- Proqram təminatlarının daxili log funksionallığı təmin olunmalıdır;
- Sistemin müxtəlif istifadəçi qrupları üzrə funksionallıqlar və admin panel üzrə funksionallıqlarına dair Sifarişçinin aidiyyəti əməkdaşlarına təlim keçilməlidir;
- Yeni hazırlanan proqram təminatlarının istifadəyə verilməsindən etibarən 1 ay ərzində ödənişsiz texniki dəstək göstərilməlidir.
- Kontragent məlumatlarının idarə olunması