Dezinfeksiya, dezinseksiya, deratizasiya və sürünənlərə (ilanlara) qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi xidmətlərinin satınalınması

Date: 09/06/2026 - 16/06/2026

KOTİROVKA SORĞUSUNDA İŞTİRAKA DƏVƏT

Dezinfeksiya, dezinseksiya, deratizasiya və sürünənlərə (ilanlara) qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi xidmətlərinin satınalınması

Satınalma iştirakçılarına təklif olunur ki, təkliflərini möhürlənmiş və imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı formada təqdim etsinlər. Zərflərin üzərində satınalma iştirakçısının adı, daxili satınalma predmetinin adı, habelə əsas şərtlər toplusunda zərflərin açılması üçün müəyyən edilmiş tarix və vaxta qədər zərfin açılmasının qadağan olunduğunu bildirən qeyd göstərilməlidir.

Hər iki zərfin bağlanma hissəsi satınalma iştirakçısı tərəfindən imzalanmalı və möhürlənməli, daha sonra onun səlahiyyətli nümayəndəsi vasitəsilə Cəmiyyətə təqdim edilməlidir. Təklifləri təqdim edən nümayəndə sənədlərin qəbulunu təsdiq edən müvafiq sənədi Cəmiyyətdən tələb etməli və təhvil almalıdır.

Satınalma iştirakçıları müqavilənin icrasını təmin etmək üçün kifayət qədər maliyyə dayanıqlılığına, zəruri texniki imkanlara, maddi-texniki bazaya və peşəkar resurslara malik olmalıdırlar.

Satınalma prosedurunda iştirak etmək istəyən şəxslər 100 (bir yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə etmək üçün “Təmiz Şəhər” ASC-nin rəsmi elektron poçt ünvanına müraciət etməlidirlər.

İştirak haqqı: 100 (bir yüz) manat

Bank rekvizitləri:

VÖEN: 1301914311

Hesab nömrəsi (H/h): AZ25AZEN38090668993944108001

Bank: “Expressbank” ASC, Xətai filialı

Bankın VÖEN-i: 1500031691

Müxbir hesab (M/h): AZ11NABZ01350100000000036944

Kod: 510891

SWIFT: AZENAZ22

Əlaqələndirici şəxs: İbrahim Zeynalov

Telefon: (012) 525 07 70


Təkliflərin qiymətləndirilməsi zamanı satınalma iştirakçılarının analoji işlər üzrə təcrübəsi, maliyyə vəziyyəti, təklif olunan qiymət, təqdim edilən mal, iş və ya xidmətlərin keyfiyyəti, habelə müqavilə öhdəliklərinin vaxtında və lazımi qaydada icrası üçün zəruri maddi-texniki və insan resursları nəzərə alınacaqdır.


Qeyd: Satınalma prosedurunda iştirak üçün ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır və hər hansı səbəbdən satınalma iştirakçısına kompensasiya edilmir.


  • İddiaçılar satınalma prosedurunda iştirak etmək üçün aşağıda göstərilən sənədləri təqdim etməlidirlər:
  • İştirak haqqının ödənilməsi barədə bank sənədi – Bank
  • İştirak üçün ərizə – İddiaçı tərəfindən tərtib olunur
  • Vergi arayışı (vaxtı keçmiş öhdəliklər barədə) – İddiaçının qeydiyyatda olduğu vergi orqanı
  • Qeydiyyat və səlahiyyət sənədləri (dövlət reyestri, nizamnamə, imza səlahiyyəti və s.) – Dövlət qeydiyyat orqanı / ASAN xidmət / vergi orqanı
  • Maliyyə vəziyyəti barədə bank arayışı və illik maliyyə hesabatı – Bank və vergi orqanı
  • Vergi yüklülüyü barədə arayış – İddiaçının uçotda olduğu vergi orqanı (2026 I rüb)
  • Cinayət məsuliyyətinə dair arayış (rəhbər üzrə) – Daxili İşlər Nazirliyi / ASAN xidmət
  • Analoji işlər üzrə təcrübəni təsdiq edən sənədlər – İddiaçı (müqavilələr, aktlar, tövsiyə məktubları)
  • Texniki və maliyyə imkanları barədə məlumat – İddiaçı tərəfindən tərtib olunur
  • Lisenziya və icazələr (əgər tələb olunursa)– Müvafiq səlahiyyətli dövlət qurumları

 

Təkliflər zərflərin açıldığı tarixdən etibarən ən azı 30 (otuz) bank günü müddətində qüvvədə olmalıdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) təqdim edilməlidir. Xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır.

Satınalma proseduru “Təmiz Şəhər” ASC-nin daxili satınalma qaydalarına uyğun olaraq həyata keçirilir.

Ermənistan Respublikası və BMT tərəfindən tanınmayan dövlətlərdə qeydiyyatdan keçmiş, habelə həmin dövlətlərin rezidentləri və vətəndaşlarının təsisçi (o cümlədən idarəçi) olduğu hüquqi şəxslər, eləcə də qeyd olunan dövlətlərin vətəndaşı və ya rezidenti olan fiziki şəxslər istisna olmaqla, digər bütün hüquqi və fiziki şəxslər satınalma prosedurunda iştirak edə bilərlər.

İştirakçı kotirovka sorğusunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri möhürlənmiş ikiqat zərfdə 16 iyun 2026-cı il, saat 17:00-dək “Təmiz Şəhər” ASC-nin Bakı şəhəri, Xocalı prospekti 55 ünvanında yerləşən ofisinə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İştirakçıların təklifləri 17 iyun 2026-cı il saat 15:00-da “Təmiz Şəhər” ASC-nin Bakı şəhəri, Xocalı prospekti 55 ünvanında yerləşən ofisində (Ağa İş Mərkəzi, 11-ci mərtəbə, iclas otağı) açılacaqdır.

İştirakçıların səlahiyyətli nümayəndələri vəkalətnamə əsasında zərflərin açılışında iştirak edə bilərlər.


SATINALMA KOMİSSİYASI