Mebel inventarların satınalınması
Date: 02/04/2024 - 08/04/2024
Satınalma iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Zərflərin üzərində iddiaçının və daxili satınalma predmetinin adı, o cümlədən əsas şərtlər toplusunda zərflərin açılması üçün müəyyən olunmuş vaxta qədər zərfin açılmasının qadağan olması barədə qeyd göstərilməlidir. Hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənərək onun nümayəndəsi vasitəsilə Cəmiyyətin Ümumi işlər şöbəsinə müşayiət məktubu ilə təqdim edilir. Nümayəndə qəbuletmə ilə bağlı təsdiqedici sənədi mütləq Cəmiyyətdən tələb etməli və təhvil almalıdır.
Müqaviləni yerinə yetirmək üçün satınalma iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Satınalma prosedurunda iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Təmiz Şəhər” ASC-nin Xocalı prospekti 55 ünvanında yerləşən ofisinə göndərsinlər. Əlaqələndirici şəxs – Qüdrətov Tural (telefon 464 41 11)
Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir.
İştirak haqqı 100 manat.
Rekvizitlər
VÖEN:1301914311
H/h:AZ25AZEN38090668993944108001
Bank:“Expressbank”ASC Xətai filialı
Bankin VÖEN-ni:1500031691
M/h:AZ11NABZ01350100000000036944
Kod:510891
SWIFT:AZENAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar satınalma prosedurunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- İştirak üçün ərizə;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
Təchizatçı uçotda olduğu vergi orqanından almalıdır. Arayış 2024-ci ilində verilmiş olmalıdır həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır
- Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Təchizatçı kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti və rekvizitləri, son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Təchizatçı uçotda olduğu vergi orqanından almalıdır. (Yüklülük haqqında arayış) arayış 2024-ci ilində verilmiş olmalıdır həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır
- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
- Rəhbərin cinayətə görə məhkum olunmamasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışı təqdim etməyinizi xahiş edirik. (ASAN Xidmət Mərkəzlərindən) Arayış 2024-ci ilində verilmiş olmalıdır
- Sahibkarlıq subyektinin bölgüsü
Təchizatçı Dövlət Statistika Komitəsindən alınmalıdır.Arayış müvafiq dövlət qurumunun rəsmi blankında və ya notarial təsdiq olunmuş olmalıdır.
- Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
- Təchizatçı qismində cıxış edən hüquqi şəxsin icra orqanının rəhbərinin müvafiq satınalma predmeti üzrəmüvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsinə dair sənəd.
Təchizatçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətindən alınmalıdır.Arayış müvafiq dövlət qurumunun rəsmi blankında və ya notarial təsdiq olunmuş olmalıdır.
- Təchizatçının borcuna görə əmlakının üzərində tələbin yönəldilməməsinə dair sənəd
Təchizatçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsindən alınmalıdır. Arayış müvafiq dövlət qurumunun rəsmi blankında və ya notarial təsdiq olunmuş olmalıdır.
- Son bir il ərzində iki dəfə və ya daha cox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərəd tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati cərimənin tərbiq edilməsi halının mövcud yetirilməsinə cəlb edilməsinə görə inzibati cərimənin tərbiq edilməsi halının mövcud olmaması barədə arayış.
Təchizatçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsindən alınmalıdır. Arayış müvafiq dövlət qurumunun rəsmi blankında və ya notarial təsdiq olunmuş olmalıdır.
Texniki imkanlar barədə məlumat
İddiaçının son 3 (üç) il ərzində analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər
Tövsiyə məktubları
İcra edilmiş müqavilələrin surətləri
Təhvil təslim aktları
Tövsiyə məktubları
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazəyə malik olması
- Təklif (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Qeyd edilən sənədlər təqdim edilmədiyi halda iddiaçı satınalma prosedurundan kənarlaşdırılacaqdır.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır).
Satınalma proseduru “Təmiz Şəhər”ASC-nin satınalma qaydasına uyğun keçiriləcəkdir.
Ermənistan Respublikası və BMT tərəfindən tanınmayan dövlətlərdə qeydiyyatdan keçmiş və ya həmin dövlətlərin rezidentlərinin və vətəndaşlarının təsisçisi (o cümlədən idarəçisi) olduğu hüquqi şəxslər və həmin dövlətlərin vətəndaşı və ya rezidenti olan fiziki şəxslər istisna olmaqla istənilən hüquqi və fiziki şəxs satınalma proseduruna qatıla bilər.
İddiaçılar kotirovk sorğusunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri möhürlənmiş ikiqat zərfdə 08.04.2024-cü il, saat 12:00-da qədər “Təmiz Şəhər” ASC-nin Bakı şəhəri, Xocalı prospekti 55 ünvanında yerləşən ofisinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 09.04.2024-cü il, saat 12:00-da Bakı şəhəri, Xocalı prospekti 55 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər
SATINALMA KOMİSSİYASI
Malların (işlərin və xidmətlərin) cədvəli
№ | Xidmətin (iş və malın adı) | Əlavə təsvir | Ölçü vahidi | Miqdarı | Vahidin qiyməti (manatla) | Ümumi məbləği (manatla) |
1 | Yazı masası | 150 x 75 x 75 sm ölçüdə, metal karkasılı və laminatdan hazırlanmış, ayaqların profilləri 40 x 40 mm, üzəri 36 mm laminatlı, Laminat venge rəng, metal ayaqlar qara rəng | ədəd | 25 | ||
2 | Masa yanı rəf | 80 x 75 x45 sm ölçüdə, laminatdan hazırlanmış, rəfin üzəri 36 mm laminatdan, 2 siyirməli dolab və 3 açıq sahəli, Laminat venge rəng. | ədəd | 30 | ||
3 | Sənəd rəfi | 190 x 80 x40 sm ölçüdə, Laminatdan hazırlanmıış, rəfin üzəri 36 mm laminatdan, 4 qapılı, Laminat venge rəng. | ədəd | 15 |
|
|
4 | Paltar rəfi | 190 x 80 x40 sm ölçüdə, Laminatdan hazırlanmıış, rəfin üzəri 36 mm laminatdan, 2 qapılı, Paltar asılmaq üçün xüsusi yer, Laminat venge rəng. | ədəd | 5 |
|
|
5 | Mətbəx mebeli üçün əlavə qapı | 268 x 52 sm ölçüdə, lamimatdan hazırlanmış, 18 mm ölçüdə, Qapılarən üzərində ilmələr və açılma mexanizmi. | pm | 14 |
|
|
6 | Yazı masasına əlavə | 80 x 55 x 75 ölçüdə, metal karkasılı və laminatdan hazırlanmış, ayaqların profilləri 40 x 40 mm, üzəri 36 mm laminatlı, Laminat venge rəng, metal ayaqlar qara rəng | ədəd | 3 |
|
|
7 | Yazı masası (müdir) | 220 x 75 x 75 sm ölçüdə, metal karkasılı və laminatdan hazırlanmış, ayaqların profilləri 40 x 40 mm, üzəri 36 mm laminatlı, Laminat venge rəng, metal ayaqlar qara rəng | ədəd | 1 |
|
|
8 | Yazı masasına əlavə (müdir) | 140 x 65 x 75 sm ölçüdə, metal karkasılı və laminatdan hazırlanmış, ayaqların profilləri 40 x 40 mm, üzəri 36 mm laminatlı, Laminat venge rəng, metal ayaqlar qara rəng | ədəd | 1 |
|
|
9 | Masa yanı rəf (müdir) | 100 x 75 x 45 sm ölçüdə, laminatdan hazırlanmış, rəfin üzəri 36 mm laminatdan, 2 siyirməli dolab və 3 açıq sahəli, Laminat venge rəng. | ədəd | 1 |
|
|
10 | Sənəd rəfi (müdir) | 190 x 80 x40 sm ölçüdə, Laminatdan hazırlanmıış, rəfin üzəri 36 mm laminatdan, 4 qapılı, şüşəli, Laminat venge rəng. | ədəd | 1 |
|
|
11 | Paltar rəfi | 190 x 80 x40 sm ölçüdə, Laminatdan hazırlanmıış, rəfin üzəri 36 mm laminatdan, 2 qapılı, qapılar gizli mexanizmlə, Paltar asılmaq üçün xüsusi yer, Laminat venge rəng. | ədəd | 1 |
|
|
12 | Telvizor altlığı | 100 x 40 x 45 sm ölçüdə, laminatdan hazırlanmış, üzəri 36 mm laminatdan, qapılar gizli mexanizmlə, Laminat venge rəng. | ədəd | 1 |
|
|
13 | Kreslo | Ortepedik, tənzimlənə bilən, hündür başlıqlı, setka və ya parça materialdan. | ədəd | 1 |
|
|
14 | Divan | Dəri materialdan, 2 nəfərlik, | ədəd | 4 |
|
|
15 | İşçi kreslosu | Setkalı, tənzimlənən, hündür ölmayan | ədəd | 50 |
|
|
16 | Müdir kreslosu | Setkalı, tənzimlənən, hündür, baş hissəsi tənzimlənən. | ədəd | 10 |
|
|
17 | Asılqan | Ayaqlı, metaldan (kaktus) | ədəd | 5 |
|
|
18 | Dairəvi masa | Diametri 90 sm, metal ayaqlı, üzəri laminatdan (18 mm lik) | ədəd | 3 |
|
|
Yekun ƏDV-siz |
| |||||
Yekun ƏDV ilə |
| |||||
Qeyd: Təklifin qiymətinə bütün vergilər (ƏDV daxil), rüsumlar, sığorta xərcləri, nəqliyyat və digər tələb olunan xərclər daxil olmaqla göstərilməlidir. İddiaçılar tərəfindən təkliflər tam şəkildə verilməlidir.