Years of participation in the exhibition: 2024
Title: “Həyatın əsası”
Concept:
Yer kürəsi hər bir canlı varlığın evidir və biz planetimizin gələcəyi naminə canlı təbiətin zənginliyini və müxtəlifliyini qoruyub saxlamağa borcluyuq. Ona görə ki, gələcək nəsillər təmiz, sağlam və mehriban dünyada yaşaya bilsin, onun gözəlliyi və harmoniyasına sevinə bilsin. Bu əsər istənilən lazımsız əşyadan sənət nümunəsi hazırlamağın mümkünlüyünü göstərir. Burada adətən istifadə edilməyən və ya atılan əşyalardan istifadə olunub.