Years of participation in the exhibition: 2024
Title: “Ağır ürək”
Concept:
“Ağır ürək” instalyasiyasının konsepsiyası ziddiyyətlər və problemlərlə dolu dünyada insanın psixi vəziyyətini təcəssüm etdirən tullantı materiallarından hazırlanmış ürəkdir. Əsərin maqnit formasında olması kənardakı çirkliliyi və xaosu özünə çəkməyi simvolizə edir.
Kənardakı tullantılar dünyada baş verən hadisələrə uyğun olaraq simvollar şəklində seçilib hazırlanıb. Mərkəzi hissənin ağ olması daxilimizdəki sülhü təmsil edir və ətraf mühitin çirkliliyindən qorunmaq üçün sanki bir sığınacaq təsiri bağışlayır.