“MiniBoss Business School Baku”nun müəllim və şagirdləri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil olunan məlumat turunda iştirak ediblər. Tur iştirakçılarına tullantıların düzgün idarə olunması və təkrar emal haqqında ətraflı məlumat verilib. Bakı bərk məişət tullantılarının yandırılması zavodunda tullantıların yandırılması və elektrik enerjisi əldə olunması prosesini izləyən şagirdlər sonra Balaxanı Sənaye Parkında olublar. Burada tullantıların təkrar emalından istehsal olunan məhsullar əyani şəkildə şagirdlərə nümayiş olunub.

Contact us