"Kaspi" liseyində məktəblilərə ustad dərsi keçirilib

Dekabrın 7-də“Təmiz Şəhər” ASC və “Kids Art” uşaq studiyası Kaspi Liseyində ustad dərsi təşkil edib. Maariflləndirici xarakter daşıyan ustad dərsində məktəblilərə tullantıların düzgün idarə olunmasının üstünlükləri haqqında ətraflı məlumat verilib. “Təbiəti qoruyaq” şüarı altında şagirdlərin iştirakı ilə lazımsız hesab edilən əşyalardan müxtəlif yeni oyuncaqlar və təkrar istifadəyə yararlı əşyalar hazırlanıb. Taxta üzərində hazırlanaraq, akril boyalarla rənglənən cüyür təsviri uşaqların çox böyük marağına səbəb olub. “Təmiz Şəhər” ASC tərəfindən mütəmadi olaraq keçirilən ustad dərslərinin məqsədi uşaqları ətraf mühitin qorunması ilə bağlı maarifləndirmək, tullantıların düzgün idarə olunmasına necə dəstək verə biləcəklərini və tullantı hesab olunan əşyaların təkrar istifadəsinin mümkünlüyünü əyani şəkildə onlara nümayiş etdirməkdir.

Contact us