7 nömrəli tam orta məktəbdə təlim keçirilib

03/04/2024 22:22

“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Gənc Məzunlar Assosiasiyasının təşkilatçılığı və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə Bakı şəhəri M.Rahim adına 7 nömrəli tam orta məktəbdə bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı maarifləndirici təlim keçirilib.Ətraf mühitin mühafizəsinə xidmət edən təlimdə hər bir yer sakinin üzərinə düşən öhdəlik və təbiətə biganə münasibətin nəticəsində baş verən dəyişikliklər haqqında ətraflı məlumat verilib. Şagirdlərlə görüşdə tullantıların çeşidlənərək toplanmasının əhəmiyyəti vurğulanıb, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb və bərk məişət tullantıların düzgün idarə edilməsi ilə bağlı maarifləndirici bukletlər paylanıb.