“Təmiz Şəhər” ASC-də növbəti qanvermə aksiyası keçirilib
14/06/2024 09:23
“Təmiz Şəhər” ASC-nin əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsinə dəstək məqsədilə 12 iyun 2024-cü il tarixində qanvermə aksiyasında iştirak ediblər. Mərkəzi Qan Bankı və Azərbaycan Talassemiya Federasiyasının nümayəndələrinin iştirakı ilə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda təşkil edilən aksiyada toplanmış qan Mərkəzi Qan Bankına təhvil verilib. Qeyd edək ki, “Təmiz Şəhər” ASC hər il “Talassemiyasız həyat naminə” layihəsinə qoşularaq qan xəstəliklərindən əziyyət çəkən insanların qanla təmin olunmasına dəstək göstərir. “Təmiz Şəhər” ASC-nin qanvermə aksiyalarında fəallığı nəzərə alınaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı tərəfindən təşəkkürnamə ilə təltif edilib.