“Təmiz Şəhər”Açıq Səhmdar Cəmiyyəti “SAP S/4HANA” proqram təminatının tətbiqi layihəsinə başlayıb

14/02/2025 16:52

“Təmiz Şəhər” ASC-də “SAP S/4HANA” proqram təminatının tətbiqi layihəsini həyata keçirən “Orbitson CO.” Şirkətinin nümayəndələri ilə görüş keçirilib. Müəssisə Resurslarının Planlaşdırılması üzrə aparıcı proqram təmiantı olan SAP S/4HANA-nın tətbiqinin üstünlüklərinin müzakirə olunduğu görüşdə bildirilib ki, hazırda bir çox iri biznes strukturları və şirkətlər bu proqram təminatından faydalanır.
Tərəflər arasında imzalanmış müqaviləyə uyğun olaraq qurulan əməkdaşlıqdan məmnunluq ifadə edilib və gələcək perspektivlər nəzərdən keçirilərək yeni tətbiq olunacaq rəqəmsallaşmanın imkanlarının müsbət nəticələr verəcəyi qeyd olunub.