“Təmiz Şəhər” ASC-də qanvermə aksiyası təşkil olunub

26/02/2025 18:09

“Təmiz Şəhər” ASC-nin əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsinə dəstək məqsədilə  qanvermə aksiyasına qoşulublar. Mərkəzi Qan Bankı və Azərbaycan Talassemiya Federasiyasının nümayəndələrinin iştirakı ilə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda təşkil edilən aksiyada toplanmış qan Mərkəzi Qan Bankına təhvil verilib. Qeyd edək ki, “Təmiz Şəhər” ASC hər il “Talassemiyasız həyat naminə” layihəsinə qoşularaq qan xəstəliklərindən əziyyət çəkən insanların qanla təmin olunmasına dəstək göstərir. Cəmiyyət qanvermə aksiyalarında fəallığına görə  Mərkəzi Qan Bankı tərəfindən təşəkkürnamə ilə təltif edilib.