Məktəblilər “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olublar
30/04/2025 16:45
“Kaspi Liseyi”nin şagirdləri üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil edilib. Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda olan tur iştirakçılarına tullantıların çeşidlənməsi və zərərsizləşdirilməsi ilə bağlı ətraflı məlumat verilib.
Zavodun fəaliyyətini onlayn müşahidə edən şagirdlərə bildirilib ki, Bakı şəhərində əmələ gələn bərk məişət tullantıları “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində müasir üsullarla zərərsizləşdirilir.
Bərk məişət tullantılarının düzgün idarə edilməsində hər kəsin rolu ola biləcəyi vurğulanaraq, bu prosesin səmərəli olması üçün evlərdə tullantıların çeşidlənərək tullantı qutularına atılmasının əhəmiyyəti qeyd edilib. Sonda şagirdləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.










