Məktəblilər Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həyətində ağac əkdilər
07/11/2025 16:43
Vətən müharibəsində əldə olunan qələbənin beşilliyi münasibətilə “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı və Bakı Avropa Liseyinin şagirdlərinin iştirakı ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həyətində ağacəkmə aksiyası keçirilib. “Bizimlə böyüyən ağac” layihəsi çərçivəsində keçirilən aksiyada ağacları mərkəzdə müalicə alan uşaqlar üçün Bakı Avropa Liseyinin 3a 2 sinfinin şagirdləri əkiblər.
Qeyd edək ki, “Təmiz Şəhər” ASC tərəfindən ənənəvi olaraq təşkil edilən “Bizimlə böyüyən ağac” layihəsi orta ümumtəhsil məktəblərinin həyətyanı sahələrində hər sinif üçün bir ağac əkilir və həmin ağaclara qulluq edilməsi onu əkən şagirdlərə həvalə edilir.












