Xəzər Universitetinin tələbələri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində olublar
04/12/2025 15:53
Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu və Balaxanı Sənaye Parkında olan qonaqlara bərk məişət tullantılarının idarə olunması, eləcə də təkrar emal prosesi haqqınada ətraflı məlumat verlib. Qeyd olunub ki, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu 2012-ci ildən fəaliyyət göstərir və ölkədə təkrar emal müəssisələrini xammalla təmin edən bu tipli ən böyük zavoddur. Sonra Balaxanı Sənaye Parkında olan tələbələr tullantıların təkrar emalı prsosesini müşahidə ediblər və tullantıların təkrar emalının qazandırdığı üstünlüklərlə bağlı fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, tullantıların düzgün idarə edilməsində ən vacib fəaliyyətlərdən biri evlərdə əmələ gələn tullantının çeşidlənərək tullantı qutularına atılmasıdır. Bu qaydalara riyaət edilməsi ətraf mühitin qorunması və təkrar emal prosesinin genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.








