“Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil edilib

22/01/2026 10:25

Landau məktəbinin şagirdləri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turunda iştirak ediblər. Əvvəlcə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda məktəblilər tullantıların çeşidlənməsi və təkrar emal müəssisələrinə göndərilməsi prosesini izləyiblər. Tur iştirakçıları sonra Balaxanı Sənaye Parkının fəaliyyəti ilə tanış olublar. Təkrar emal məhsullarının istehsalı prosesini əyani olaraq izləyən iştirakçılara burada aparılan işlərlə bağlı məlumat verilib. Qeyd edilib ki, bərk məişət tullantılarının düzgün idarə olunmasının ən vacib mərhələsi ilkin çeşidləmədir. Belə ki, evlərdən tullantılar çeşidlənərək qutulara atıldıqda təkrar emal üçün daha çox xammal yaranır və təbiətə atılmasının qarşısı alınır. Sonda şagirdləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.