“Təmiz Şəhər”ASC-nin rezidenti ABŞ-a məhsul ixrac etməyə başladı.
08/07/2021 11:37
“Təmiz Şəhər” ASC-nin idarəçiliyində olan Balaxanı Sənaye Parkının rezidenti “Alphavood” MMC tullantıların təkrar emalından əldə olunan məhsullardan istifadə edərək hazırladığı kompozit taxta məhsullarını Amerika Birləmiş Statlarına ixrac etməyə başlayıb. Fərqli rəng və çeşiddə istehsal edilən kompozit taxta məhsulları müasir inşaatda qapı və arakəsmələrdə geniş istifadə edilir. İllik istehsal gücü 55 minə qədər qapı, 70 min m2 arakəsmə olan müəssisə istehsal gücünü daha da artıraraq gələcəkdə ixrac coğrafiyasını genişləndirməyi hədəfləyir. 2017-ci ildən fəaliyyətə başlayan Balaxanı Sənaye Parkının 22 rezidenti tərəfindən ümumilikdə fəaliyyət dövrü ərzində 67,4 milyon manat məbləğində məhsul istehsal edilmiş və bundan da 9,2 milyon manat məbləğində məhsul ixrac edilmişdir. Hazırda Parkın rezidentləri tərəfindən dünyanın 7 ölkəsinə məhsul ixracı həyata keçirilir.