"Təmiz Şəhər" ASC-nin işçi heyətinə yaratdığı üstünlüklər:
- Karyera yolunda inkişaf fürsətlərini dəyərləndirmək;
- İşçi heyətinin peşəkar inkişafına dəstək olmaq;
- İşçilərin vəzifələrinə uyğun tədris və inkişaf proqramlarının təşkili;
- Mükafatlar və yardımlar;
- Sosial təminatlar və tədbirlər.
"Təmiz Şəhər" ASC öz potensialını və gücünü dərk edərək araşdırmağa meyilli, geniş dünyagörüşünə malik, vaxtı dəyərləndirən, işinə məsuliyyətlə yanaşan, hər zaman öyrənməyi həyat tərzinə çevirən kadrlara dəstək verməyi özünə borc bilir. Bu böyük korporativ ailənin üzvü olmaq arzusunda olanlar gələcəyini "Təmiz Şəhər" ASC-də karyera qurma şansı ilə dəyərləndirə bilərlər.
Vakansiyalar bölməsindən öz ixtisasınıza uyğun olan konkret vakansiya üzrə müraciət etmək istəyirsinizsə, mövzuda vakansiyanın adını qeyd edib CV-nizi azərbaycan dilində hr@tamizshahar.az ünvanına göndərin.