Balaxanı Sənaye Parkı

Balaxanı Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə yaradılmış, 2012-ci il 19 dekabr tarixində isə ölkə başçısı tərəfindən onun təməli qoyulmuşdur. Ümumi ərazisi 10,15 ha olan Balaxanı Sənaye Parkının idarə olunması “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilir. Balaxanı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, yaşıl biznesin inkişafına kömək edən ərazidir. Resurslardan davamlı və səmərəli istifadəni təmin etmək və tullantıları minimuma endirmək məqsədilə Balaxanı Sənaye Parkının ərazisində istehsal müəssisələri, eləcə də tullantıların emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır.                                                                   Balaxanı Sənaye Parkının sahibkarlara yaratdığı üstünlüklər:

  • “Vahid pəncərə” prinsipi ilə asanlaşmış qeydiyyat;
  • Qanunvericiliyə uyğun olaraq əlverişli vergi güzəştləri;
  • Bir məkanda vahid infrastruktur;
  • Yaşıl biznesin fəaliyyəti nəticəsində ətraf mühitə təsirin azaldılması;
  • Tullantıların emalı (təkrar emalı) və istehsal müəssisələrinin yaradılması və bu sahəyə dəstək;
  • Əldə edilən xammal və istehsal olunmuş məhsullar üzrə bazarın genişləndirilməsi.

Hazırda Balaxanı Sənaye Parkında fəaliyyət göstərmək üçün 23 rezident qeydiyyatdan keçmişdir. Bu sahədə maraqlı olan sahibkarlar “Təmiz Şəhər” ASC-yə müraciət edə bilərlər