Sürtgü yağlarının satınalınması
Tarix: 03/11/2023 - 21/11/2023
Satınalma iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Zərflərin üzərində iddiaçının və daxili satınalma predmetinin adı, o cümlədən əsas şərtlər toplusunda zərflərin açılması üçün müəyyən olunmuş vaxta qədər zərfin açılmasının qadağan olması barədə qeyd göstərilməlidir. Hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənərək onun nümayəndəsi vasitəsilə Cəmiyyətin Ümumi işlər şöbəsinə müşayiət məktubu ilə təqdim edilir. Nümayəndə qəbuletmə ilə bağlı təsdiqedici sənədi mütləq Cəmiyyətdən tələb etməli və təhvil almalıdır.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Satınalma prosedurunda iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Təmiz Şəhər” ASC-nin Xocalı prospekti 55 ünvanında yerləşən ofisinə göndərsinlər. Əlaqələndirici şəxs – Qüdrətov Tural (telefon 464 41 11)
Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir.
İştirak haqqı 400 manat.
Rekvizitlər
VÖEN:1301914311
H/h:AZ25AZEN38090668993944108001
Bank:“Expressbank”ASC Xətai filialı
Bankin VÖEN-ni:1500031691
M/h:AZ11NABZ01350100000000036944
Kod:510891
SWIFT:AZENAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar satınalma prosedurunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
İştirak haqqının ödənilməsi barədə bank sənədi;
İştirak üçün ərizə;
Cəlb edilən malgöndərənin (podratçının) fəaliyyətinin qiymətləndirilməsi anketi
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından almalıdır. Arayış 2023-ci ilində verilmiş olmalıdır həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti və rekvizitləri, son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından almalıdır. (Yüklülük haqqında arayış) arayış 2023-ci ilində verilmiş olmalıdır həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Rəhbərin cinayətə görə məhkum olunmamasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışı təqdim etməyinizi xahiş edirik. (ASAN Xidmət Mərkəzlərindən) Arayış 2023-ci ilində verilmiş olmalıdır
Sahibkarlıq subyektinin bölgüsü
Malgöndərən(podratçı) Dövlət Statistika Komitəsindən alınmalıdır.Arayış müvafiq dövlət qurumunun rəsmi blankında və ya notarial təsdiq olunmuş olmalıdır.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Texniki imkanlar barədə məlumat
İcra edilmiş müqavilələrin surətləri
Təhvil təslim aktları
Tövsiyə məktubları
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
Qeyd edilən sənədlər təqdim edilmədiyi halda iddiaçı satınalma prosedurundan kənarlaşdırılacaqdır.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Satınalma proseduru “Təmiz Şəhər”ASC-nin satınalma qaydasına uyğun keçiriləcəkdir.
Ermənistan Respublikası və BMT tərəfindən tanınmayan dövlətlərdə qeydiyyatdan keçmiş və ya həmin dövlətlərin rezidentlərinin və vətəndaşlarının təsisçisi (o cümlədən idarəçisi) olduğu hüquqi şəxslər və həmin dövlətlərin vətəndaşı və ya rezidenti olan fiziki şəxslər istisna olmaqla istənilən hüquqi və fiziki şəxs satınalma proseduruna qatıla bilər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16 noyabr 2023-cü il, saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 21 noyabr 2023-cü il, saat 17:00-a qədər “Təmiz Şəhər” ASC-nin Bakı şəhəri, Xocalı prospekti 55 ünvanında yerləşən ofisinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 22 noyabr 2023-cü il, saat 17:00-da Bakı şəhəri, Xocalı prospekti 55 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər