“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrində əkilmiş ağac və bitkilərə qulluğun göstərilməsi xidmətlərinin satınalınması

Tarix: 03/03/2024 - 01/04/2024

Satınalma iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Zərflərin üzərində iddiaçının və daxili satınalma predmetinin adı, o cümlədən əsas şərtlər toplusunda zərflərin açılması üçün müəyyən olunmuş vaxta qədər zərfin açılmasının qadağan olması barədə qeyd göstərilməlidir. Hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənərək onun nümayəndəsi vasitəsilə Cəmiyyətin Ümumi işlər şöbəsinə müşayiət məktubu ilə təqdim edilir. Nümayəndə qəbuletmə ilə bağlı təsdiqedici sənədi mütləq Cəmiyyətdən tələb etməli və təhvil almalıdır.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Satınalma prosedurunda iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Təmiz Şəhər” ASC-nin Xocalı prospekti 55 ünvanında yerləşən ofisinə göndərsinlər. Əlaqələndirici şəxs – Qüdrətov Tural (telefon 464 41 11)
Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir.

İştirak haqqı 250 manat.

Rekvizitlər

VÖEN:1301914311

H/h:AZ25AZEN38090668993944108001

Bank:“Expressbank”ASC Xətai filialı

Bankin VÖEN-ni:1500031691

M/h:AZ11NABZ01350100000000036944

Kod:510891

SWIFT:AZENAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar satınalma prosedurunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • İştirak üçün ərizə;
  • Cəlb edilən malgöndərənin (podratçının) fəaliyyətinin qiymətləndirilməsi anketi
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 

Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından almalıdır. Arayış 2024-ci ilində verilmiş olmalıdır həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır

 

  • Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması

Malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti və rekvizitləri, son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması

Malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından almalıdır. (Yüklülük haqqında arayış) arayış 2024-ci ilində verilmiş olmalıdır həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır

  • Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
  • Rəhbərin cinayətə görə məhkum olunmamasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışı təqdim etməyinizi xahiş edirik. (ASAN Xidmət Mərkəzlərindən) Arayış 2024-ci ilində verilmiş olmalıdır
  • Sahibkarlıq subyektinin bölgüsü

Malgöndərən(podratçı) Dövlət Statistika Komitəsindən alınmalıdır.Arayış müvafiq dövlət qurumunun rəsmi blankında və ya notarial təsdiq olunmuş olmalıdır.

  • Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması

Texniki imkanlar barədə məlumat 

Texniki imkanlar barədə məlumat 

İddiaçının son 5 (beş) il ərzində analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər

Peşəkar mühəndis heyyəti

peşəkar mühəndis heyyətina malik olmalıdır, bununla bağlı həmin işçiləri şəxsiyyət vəsiqələri, diplomlarını, əmək müqavilələrinin sürətləri

Tövsiyə məktubları

İcra edilmiş müqavilələrin surətləri 

Təhvil təslim aktları 

Tövsiyə məktubları

  • Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

Qeyd edilən sənədlər təqdim edilmədiyi halda iddiaçı satınalma prosedurundan kənarlaşdırılacaqdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Satınalma proseduru “Təmiz Şəhər”ASC-nin satınalma qaydasına uyğun keçiriləcəkdir.

Ermənistan Respublikası və BMT tərəfindən tanınmayan dövlətlərdə qeydiyyatdan keçmiş və ya həmin dövlətlərin rezidentlərinin və vətəndaşlarının təsisçisi (o cümlədən idarəçisi) olduğu hüquqi şəxslər və həmin dövlətlərin vətəndaşı və ya rezidenti olan fiziki şəxslər istisna olmaqla istənilən hüquqi və fiziki şəxs satınalma proseduruna qatıla bilər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18.03.2024-ci il, saat saat: 16:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 01.04.2024-ci il, saat 16:00-a qədər “Təmiz Şəhər” ASC-nin Bakı şəhəri, Xocalı prospekti 55 ünvanında yerləşən ofisinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər 02.04.2024-ci il, saat 16:00 daBakı şəhəri, Xocalı prospekti 55 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər



TENDER KOMİSSİYASI

Əlavə 4

Malların (işlərin və xidmətlərin) qiymət cədvəli

 

“____________________________________________”

 

 

Xidmətin (iş və malın adı) 

Əlavə təsvir 

Ölçü vahidi

Miqdarı

Vahidin qiyməti (manatla)

Ümumi məbləği (manatla)

 

Dekorativ ağaclar və bitkilərə qulluq (zeytun ağacıları daxil)

Dekorativ ağac və bitki sayı – 12000 ədəd

Zeytun ağacı sayı – 1000 ədəd

Sahəsinin (əkilmiş sahə) ölçüsü – 38000 m2

Ağac və bitkilərin gübrələnməsi və müxtəlif xəstəliklərə qarşı dərmanlanması – ildə bir dəfədən az olamayaraq

Tələb olunan materiallar və ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Ağac və bitkilərin budanması – ildə bir dəfədən az olamayaraq

Tələb olunan ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Sahənin tam şumlanması (38000 m2) - ildə bir dəfədən az olamayaraq 

Tələb olunan ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Ağac və bitkilərin əhəglənməsi – ildə bir dəfədən az olamayaraq

Tələb olunan ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Ərzinin (38000 m2) yabanı otlardan təmizlənməsi və ərazidən daşınmasının– Hər həftə

Tələb olunan texnika və ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Hava şəraitinə uyğun olaraq həftə ərzində 1 və ya 2 dəfə ağac və bitkilərin suvarılması

Suvarma üçün istifadə olunan ləvazimatlar tam şəkildə podratçı tərəfindən təmin olunmalıdır - Çən, su nasosları, su şlanqları və s.

Xidmət müddəti ərzində qurumuş ağac və bitkilərin yenisi ilə əvəz olunması (Quruyan ağac və bitkiyə uyğun olaraq dəyişdirilməsi)

Podratçı tərəfindən təmin edilməlidir. 

Ağaclar və bitkilərin dekorativ formaya salınması – ildə bir dəfədən az olmayaraq

Tələb olunan ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Xidmət müddəti ərzində ağacların artırılması məqsədi ilə ağaclardan tingələrin yetişdirilməsi (1000 ədəd)

Tələb olunan materiallar podratçı tərəfindən təmin edilməlidir. 

ay

12

 

 

2

Meyvə ağacları 

Ağacların sayı – 1000 ədəd

Sahəsinin (əkilmiş sahə) ölçüsü – 5000 m2

Ağacların gübrələnməsi və müxtəlif xəstəliklərə qarşı dərmanlanması – ildə bir dəfədən az olamayaraq

Tələb olunan materiallar və ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Ağacların budanması – ildə bir dəfədən az olamayaraq 

Tələb olunan ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Ağacların əhənglənməsi – ildə bir dəfədən az olamayaraq 

Tələb olunan ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Ərzinin yabanı otlardan təmizlənməsi və ərazidən daşınmasının – Hər həftə

Tələb olunan texnika və ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Hava şəraitinə uyğun olaraq həftə ərzində 1 və ya 2 dəfə ağacların suvarılması

Suvarma üçün istifadə olunan ləvazimatlar tam şəkildə - Çən, su nasosları, su şlanqları və s.

Sahənin tam şumlanması (5000 m2) – ildə bir dəfədən az olmayaraq

Tələb olunan ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Xidmət müddəti ərzində qurumuş ağacların yenisi ilə əvəz olunması (Quruyan ağac və bitkiyə uyğun olaraq dəyişdirilməsi)

Podratçı tərəfindən təmin edilməlidir

Hasarlanmış sahəsin (meyva ağacları olan 5000m2) çöl tərəfdən 1 m dairəsində yabanı otlardan təmizlənməsi və ərazidən daşınması – hər həftə

Tələb olunan texnika və ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Xidmət müddəti ərzində ağacların artırılması məqsədi ilə ağaclardan tingələrin yetişdirilməsi (100 ədəd)

Tələb olunan materiallar podratçı tərəfindən təmin edilməlidir 

ay

12



3

Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda çəmənə (qazon) xidmətin göstərilməsi

Sahənin ölçüsü – 6200 m2

Çəmənin biçilməsi (6200 m2) – hər həftə

Tələb olunan anadanlıq və ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir.

Çəmənin gübrələnməsi və müxtəlif xəstəliklərə qarşı dərmanlanması – ildə iki dəfədən az olmayaraq

Tələb olunan materiallar və ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Çəmən sahəsinin ətrafında (6200 m2) olan yabanı otların təmizlənməsi və ərazidən daşınması – hər həftə

Tələb olunan texnika və ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Xidmət müddəti ərzində qurumuş çəmənin yenisi ilə əvəz olunması

Podratçı tərəfindən təmin edilməlidir

Çəmənin daim suvarılması

Suvarma üçün istifadə olunan ləvazimatlar tam şəkildə - Çən, su nasosları, su şlanqları və s.

ay

12

 

 

4

Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunun ərazisində çəmənə (qazon) xidmətin göstərilməsi 

Sahənin ölçüsü – 5000 m2

Çəmənin biçilməsi (5000 m2) – hər həftə

Tələb olunan anadanlıq və ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir.

Çəmənin gübrələnməsi və müxtəlif xəstəliklərə qarşı dərmanlanması – ildə iki dəfədən az olmayaraq

Tələb olunan materiallar və ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Çəmən sahəsinin ətrafında (5000 m2) olan yabanı otların təmizlənməsi və ərazidən daşınması – hər həftə

Tələb olunan texnika və ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Xidmət müddəti ərzində qurumuş çəmənin yenisi ilə əvəz olunması

Podratçı tərəfindən təmin edilməlidir

Çəmənin daim suvarılması

Suvarma üçün istifadə olunan ləvazimatlar tam şəkildə - Çən, su nasosları, su şlanqları və s.

ay

12

 

 

5

Qala istismar təmizlik sahəsində yerləşən ofisin həyətindəki çəmənə (qazon) xidmətin göstərilməsi 

Sahənin ölçüsü – 200 m2

Çəmənin biçilməsi (200 m2) – hər həftə

Tələb olunan anadanlıq və ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir.

Çəmənin gübrələnməsi və müxtəlif xəstəliklərə qarşı dərmanlanması – ildə iki dəfədən az olmayaraq

Tələb olunan materiallar və ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Çəmən sahəsinin ətrafında (200 m2) olan yabanı otların təmizlənməsi və ərazidən daşınması – hər həftə

Tələb olunan texnika və ləvazimatlar podratçı tərəfindən təmin edilməlidir. 

Xidmət müddəti ərzində qurumuş çəmənin yenisi ilə əvəz olunması

Podratçı tərəfindən təmin edilməlidir

Çəmənin daim suvarılması

Suvarma üçün istifadə olunan ləvazimatlar tam şəkildə - Çən, su nasosları, su şlanqları və s.

ay

12

 

 

Yekun ƏDV-siz 

 

Yekun ƏDV ilə 

 


Qeyd: Təklifin qiymətinə bütün vergilər (ƏDV daxil), rüsumlar, sığorta xərcləri, nəqliyyat və digər tələb olunan xərclər daxil olmaqla göstərilməlidir. İddiaçılar tərəfindən tender təklifləri tam şəkildə verilməlidir.