“Təmiz Şəhər” ASC-nin Maliyyə Hesabatlarının auditi, korporativ əsas səmərəlilik göstəriciləri üzrə riyazi dəqiqliyin və metodik tətbiqin auditi və “Paprec Enerji Azərbaycan” MMC-nin (BBMTYZ) xərc maddələrinin 2026-2028-ci illər üzrə auditi işləri

Tarix: 08/10/2026 - 05/11/2026

"TƏMİZ ŞƏHƏR" ASC

SATINALMAYA DƏVƏT

“Təmiz Şəhər” ASC-nin Maliyyə Hesabatlarının auditi, korporativ əsas səmərəlilik göstəriciləri üzrə riyazi dəqiqliyin və metodik tətbiqin auditi və Paprec Enerji Azərbaycan” MMC-nin (Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu) xərc maddələrinin 2026-2028-ci illər üzrə auditi işlərinin satınalınması

Satınalma iştirakçılarına təklif olunur ki, təkliflərini möhürlənmiş və imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı formada təqdim etsinlər. Zərflərin üzərində satınalma iştirakçısının adı, daxili satınalma predmetinin adı, habelə əsas şərtlər toplusunda zərflərin açılması üçün müəyyən edilmiş tarix və vaxta qədər zərfin açılmasının qadağan olunduğunu bildirən qeyd göstərilməlidir.

Hər iki zərfin bağlanma hissəsi satınalma iştirakçısı tərəfindən imzalanmalı və möhürlənməli, daha sonra onun səlahiyyətli nümayəndəsi vasitəsilə Cəmiyyətə təqdim edilməlidir. Təklifləri təqdim edən nümayəndə sənədlərin qəbulunu təsdiq edən müvafiq sənədi Cəmiyyətdən tələb etməli və təhvil almalıdır.

Satınalma iştirakçıları müqavilənin icrasını təmin etmək üçün kifayət qədər maliyyə dayanıqlılığına, zəruri texniki imkanlara, maddi-texniki bazaya və peşəkar resurslara malik olmalıdırlar.

Satınalma prosedurunda iştirak etmək istəyən şəxslər 300 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə etmək üçün “Təmiz Şəhər” ASC-nin rəsmi elektron poçt ünvanına müraciət etməlidirlər.

Əlaqələndirici şəxs – Raqif Qurbanov (telefon +994 12 525 07 70)

Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir.

İştirak haqqı 300 manat.

Rekvizitlər

VÖEN:1301914311

H/h:AZ25AZEN38090668993944108001

Bank:“Expressbank”ASC Xətai filialı

Bankın VÖEN-ni:1500031691

M/h:AZ11NABZ01350100000000036944

Kod:510891

SWIFT:AZENAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

  • İddiaçılar satınalma prosedurunda iştirak etmək üçün aşağıda göstərilən sənədləri təqdim etməlidirlər:
  • İştirak haqqının ödənilməsi barədə bank sənədi – Bank
  • İştirak üçün ərizə – İddiaçı tərəfindən tərtib olunur
  • Vergi arayışı (vaxtı keçmiş öhdəliklər barədə) – İddiaçının qeydiyyatda olduğu vergi orqanı
  • Qeydiyyat və səlahiyyət sənədləri (dövlət reyestri, nizamnamə, imza səlahiyyəti və s.) – Dövlət qeydiyyat orqanı / ASAN xidmət / vergi orqanı
  • Maliyyə vəziyyəti barədə bank arayışı və illik maliyyə hesabatı – Bank və vergi orqanı
  • Vergi yüklülüyü barədə arayış – İddiaçının uçotda olduğu vergi orqanı (2026 I rüb)
  • Cinayət məsuliyyətinə dair arayış (rəhbər üzrə) – Daxili İşlər Nazirliyi / ASAN xidmət
  • Analoji işlər üzrə təcrübəni təsdiq edən sənədlər – İddiaçı (müqavilələr, aktlar, tövsiyə məktubları)
  • Texniki və maliyyə imkanları barədə məlumat – İddiaçı tərəfindən tərtib olunur
  • Lisenziya və icazələr (əgər tələb olunursa)– Müvafiq səlahiyyətli dövlət qurumları

 

Təkliflər zərflərin açıldığı tarixdən etibarən ən azı 30 (otuz) bank günü müddətində qüvvədə olmalıdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Satınalma proseduru “Təmiz Şəhər” ASC-nin satınalma qaydasına uyğun keçiriləcəkdir.

Ermənistan Respublikası və BMT tərəfindən tanınmayan dövlətlərdə qeydiyyatdan keçmiş və ya həmin dövlətlərin rezidentlərinin və vətəndaşlarının təsisçisi (o cümlədən idarəçisi) olduğu hüquqi şəxslər və həmin dövlətlərin vətəndaşı və ya rezidenti olan fiziki şəxslər istisna olmaqla istənilən hüquqi və fiziki şəxs satınalma proseduruna qatıla bilər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30.10.2026-cı il, saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 05.11. 2026-cı il, saat 18:00-a qədər “Təmiz Şəhər” ASC-nin Bakı şəhəri, Xocalı prospekti 55 ünvanında yerləşən ofisinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 06.11 2026-cı il, saat 15:00-da Bakı şəhəri, Xocalı prospekti 55 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


SATINALMA KOMİSSİYASI