Maliyyə hesabatlılığı üzrə baş mütəxəssis

Yerləşdirmə tarixi: 03/04/2026
Son müraciət tarixi: 24/04/2026

Vəzifə öhdəlikləri:

İllik maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında hazırlanması və onalara aid qeyd lərin formalaşdırılması;

Kənar auditorlar və digər tərəflərlə davamlı və effektiv kommunikasiyanın təmin olunması;

Maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması;

Mövcud və yeni nəşr olunmuş Beynəlxalq Maliyyə Hesabatı Standartlarının araşdırılması, təsirinin müəyyənləşdirilməsi və müvafiq təkliflərin irəli sürülməsi;

Davamlı olaraq hesabatlılıq dövrünün səmərəliləşdirilməsi üçün vaxta və əməyə qənaət edilməsi üzrə tədbirlərin aparılması (məsələn, avtomatlaşdırma, hesabatlılıq paketləri və s.);

Mühasibat uçotu siyasətinin davamlı baxılması, yenilənməsi və qiymətləndirilməsi;

Müvafiq dövlət qurumlarına və rəhbərliyə təqdim olunacaq bütün növ hesabatların hazırlanması və təhlillərinin aparılması, zəruri məlumatların tələb olunan qaydada hazırlanaraq təqdim edilməsi;

Büdcə planlama prosesisinin təşkilində, formalaşmasında, icrasında və büdcə, planlama təhlillərində iştirak.

 

Namizədə olan tələblər:

Maliyyə/mühasibatlıq, iqtisadiyyat üzrə ali təhsil;

  • Maliyyə, Hesabatlılıq, Büdcələmə sahələrində 4 il iş təcrübəsi

ERP sistemləri (SAP, 1 C 8.2, 8.3) və MS Office proqramlarında (o cümlədən MS Excel Macro) mükəmməl işləmə bacarığı

Güclü analitik, təhlil etmə bacarıqları;

Kommunikasiya və təqdimatların hazırlanması bacarıqları;

Azərbaycan, ingilis və rus dillərinin yüksək səviyyədə biliyi;

ACCA (F3, F7, F8), CİMA və digər maliyyə və hesabatlılıq yönümlü sertifikasiyaların olması.

Komandada işləmə bacarığı, sürətli düşünmə, deadline-larla işləmə bacarığı, yeniliklərə açıq və öyrənməyə həvəsli

İş şəraiti:

  • Gündəlik tam iş günü rejimi
  • İş vaxtı: 09:00-18:00