Sərgidə iştirak illəri: 2018
Şəkilin adı: "Ağlın və məkanın məhdudiyyətləri"
Konsepsiya:
Yaşadığımız cəmiyyətin qanunları, adət-ənənələr, din və steorotiplər insanlara hədsiz təsir edir. Bir çox insan bu səbəbdən sanki çərçivə içərisində yaşayır. Bütün təhdidlərə, zülmlərə və təqiblərə baxmayaraq, Nəsimi bu çərçivəni sındırıb oradan çıxmaq üçün daimi mübarizə aparmışdır. Əsər xaotik şəkildə yığılmış çərçivələrdən ibarətdir. Çərçivələr özümüzü tapmağa və öz dünyamızı qurmağa imkan verməyən həmin maneə və məhdudiyyətləri simvolizə edir.