Sərgidə iştirak illəri: 2018
Şəkilin adı: "Simurq quşu"
Konsepsiya:
Qədim və zəngin mədəniyyətin təsvir olunduğu, gözəl rəng ahəngi ilə seçilən Azərbaycan xalçalarının dolğun naxışları və rəng uyğunluğu müəllifi ruhlandıran əsas amillərdəndir. "Simurq" göy üzündə dalğalanan qanadları ilə, günəş kimi işıq saçan, səmada süzərək parlayan lələkləri ilə Azərbaycanın xoşbəxt və firavanlığını təcəssüm etdirir. Simurqun quyruğundakı butalar alov timsalı olaraq ölkəmizin Odlar Yurdu olduğunun təsviridir.