Sərgidə iştirak illəri: 2018
Şəkilin adı: "Nəsiminin taxtı"
Konsepsiya:
Dövrünün görkəmli şair və mütəfəkkirlərindən biri olan Nəsimiyə görə dünyanın ən dəyərli incisi, gövhəri insandır. Sufi şairin ideologiyasında, "Mən Allaham" və "Allah məndə və hər şeydədir" ifadələri xüsusi yer tutur. Sevgi, inam, sədaqət və həyatın ən yüksək səviyyəsindən ibarət bir kainat mövcuddur və bu kainatda yalnız Tanrı yaşayır. Nəsiminin ideya və düşüncələrinə əsas götürərək, bu kainatda bir taxt yaradaraq onu “şairlərin tanrısı” adlandıra bilərik.