Sərgidə iştirak illəri: 2016
Şəkilin adı: "Pişik"
Konsepsiya:
Müəllifin işlərinin 98%-i köhnə metal hissələrdən ibarətdir. Onun şüarı "Gəlin, metala ikinci həyat verərək, onu incəsənət əsərinə çevirək!". Martins Sprogis daimi olaraq tapdığı metal tullantıları bir yerə yığaraq maraqlı və faydalı metal əşyalar düzəldir. Onun fikrincə, lazım olan xırda detalları tapmaq çətin və vaxt aparan proses olsa da, hər kiçik sənət əsərinə ruh vermək onu xoşbəxt edir.