Sərgidə iştirak illəri: 2016
Şəkilin adı: "Trans-morfant"
Konsepsiya:
Morfogenez, orqanizmin formalaşdığı bioloji prosesdir. Bu, hüceyrə inkişafı və hüceyrə bölünməsi ilə yanaşı bioloji inkişaf nəzəriyyəsinin üç əsas aspektlərindən birini təşkil edir. Bu installyasiya ilə sənətkar göstərmək istəyir ki, lazımsız hesab edilən, köhnə, yararsız əşyalara yeni forma verməklə, onları həyata qaytarmaq mümkündür. Müəllif bu trans-morfoloji prosesi ən orqanik yolla həyata keçirməyə çalışmışdır.