“Ecofront” MMC-nin əməkdaşları “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turunda iştirak ediblər. Tur iştirakçıları bərk məişət tullantılarının idarəolunması istiqamətində “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən fəaliyyətlərlə tanış olublar. Əvvəlcə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunun iş prosesini izləyən iştirakçılara müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, illik gücü 200 min ton olan bu zavodda müxtəlif növ tullantıların çeşidlənməsi nəticəsində əldə olunan xammal 2017-ci ildən fəaliyyət göstərən Balaxanı Sənaye Parkının rezidentlərinin ehtiyaclarını təmin edir.Məlumat turu çərçivəsində təkrar emal prosesini izləyən iştirakçılara ilkin çeşidlənmənin aparılmasının üstünlüyü və təkrar emalın inkişaf etməsinə təkan verə biləcək imkanlar haqqında məlumat verilib. Bakı bərk məişət tullantılarının yandırılması zavodunda tullantıların zərərsizləşdirilməsi prosesi ilə tanış olan qonaqlara bildirilib ki, bu zavod 4G texnologiyalarla təchiz edilib və Avropanın ən sərt ekoloji norma və tələbləri çərçivəsində fəaliyyət göstərir. İl ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantının utilizasiyasını həyata keçirmək və 231,5 milyon kilovat/saat elektrik enerjisi hasil etmək gücündə olan zavodda ildə təqribən 100 minə qədər ev təsərrüfatının tələbatını ödəyə biləcək səviyyədə elektrik enerjisi istehsal edir. Sonda tur iştirakçılarına “Təmiz Şəhər” ASC-nin fəaliyyətini əks etdirən broşürlər paylanıb, tullantıların düzgün idarə olunması ilə bağlı müzakirə aparılıb və onların sualları cavablandırılıb.

Bizimlə Əlaqə Saxlayın