“Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu 245 nömrəli orta məktəbin şagirdləri üçün ətraf mühitin mühafizəsi və bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı təlim keçirilib. “Məktəblinin dostu” layihəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan təlimdə ətraf mühitin mühafizəsində hər kəsin üzərinə düşən məsuliyyət və təbiətə biganə münasibətin yarada biləcəyi fəsadlar haqqında ətraflı məlumat verilib. Şagirdlərlə görüşdə tullantıların çeşidlənərək toplanmasının əhəmiyyəti vurğulanıb və bərk məişət tullantıların düzgün idarə edilməsi ilə bağlı maarifləndirici bukletlər paylanıb.

Bizimlə Əlaqə Saxlayın