Ustad dərsləri

2015-ci ildən başlayaraq “Təmiz Şəhər” ASC “KidsArt” uşaq studiyası ilə birlikdə “Tullantıdan sənətə” adlı ustad dərsləri təşkil etməyə başlamışdır. Mütəmadi olaraq keçirilən bu ustad dərslərinin məqsədi uşaqları tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirmək və onların bu prosesdə necə iştirak edə biləcəkləri haqqında məlumatlandırmaqdır. Keçirilən ustad dərslər uşaqlara ətraf mühitin mühafizəsi ilə bağlı yeni biliklər və vərdişlər qazanmağa imkan yaradır. Təkrar emalın və təkrar istifadənin üstünlüklərindən geniş məlumat verilən təlimlərdə iştirakçılar köhnə və  istifadəyə yararsız hesab edilən  əşyalardan maraqlı sənət nümunələri hazırlayaraq onlara ikinci həyat bəxş edirlər.

Bizimlə Əlaqə Saxlayın