Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hər il sentyabrın sonuncu həftəsini “Xəzər həftəsi” kimi qeyd edir

01/10/2009 10:00

BMT-nin qərarına əsasən 1978-ci ildən hər il sentyabrın sonuncu həftəsi Beynəlxalq Dəniz Həftəsi kimi qeyd olunur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hər il sentyabrın sonuncu həftəsini “Xəzər həftəsi” kimi qeyd edir. Bu il də sentyabrın 23-30 tarixlərində keçirilən “Xəzər həftəsi” layihəsinin əsas məqsədi dəniz və onun bioresurslarının qorunmasına ictimaiyyətin diqqətini yönəltməkdir.

“Xəzər həftəsi” çərçivəsində vətəndaşların, yerli icra hakimiyyəti qurumlarının, təhsil müəssisələri və digər qurumların nümayəndələrinin iştirakı ilə iməcilik və dairəvi masalar keçirilir.

Bununla əlaqədar “Təmiz Şəhər” ASC bu tədbirlərə qoşularaq 30 sentyabr 2009-cu il tarixində Şüvəlan dəniz çimərliyində məktəblillilərlə birgə “Şəhərimizin təmizliyi hər birimizdən asılıdır” aksiyası keçirmişdir. Aksiyada 50-ə yaxın məktəbli cəlb olunmuş və sahil zolağı məişət tullantılarından təmizlənmişdir. Təmizlik aksiyası zamanı məktəblilərin vaxtının səmərəli və maraqlı təşkil edilməsi üçün məktəblilərdən ibarət komandalar arasında ekoloji-maarifləndirici oyun təşkil edildi. Oyunda iştirak edən məktəblilər cəmiyyət tərəfindən hədiyyələrlə mükafatlandırıldı. “Təmiz Şəhər” ASC-nin nümayəndəsi tərəfindən məktəblilərə ekoloji və tullantıların idarə edilməsi sahəsində biliklərin artırılması üçün məlumatlar verildi və bu sahədə bəşəriyyətimizi narahat edən məsələlərə toxundu. Səhmdar Cəmiyyətin rəhbərliyi bu cür aksiyaların mütəmadi keçirilməsi, onun cəmiyyətimizdə əhəmiyyətini vurğuladı və bu təmizlik gündəlik həyatımızda da davam etdirilməsini arzuladı. Bu aksiyanın təşkil edilməsində “Eko-Sfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən köməklik göstərilmişdir.