“Bir ağac - min nəfəs” aksiyası Lənkəranda

14/11/2022 17:28

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə “Bir ağac - min nəfəs” aksiyası bu dəfə Lənkəranda keçirilib. Vətəndaşlardan ümumi tutumu 90 litr olan plastik, 7 litr şüşə, 12 kiloqram kağız tullantı, 36 ədəd işlənmiş batareya təhvil götürülüb. ETSN-in, “Təmiz Şəhər” ASC və “Bazar store” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada plastik, şüşə, kağız və işlənmiş batareya təhvil verən vətəndaşlara ağac tingləri paylanılıb. Toplanan tullantılar Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilərərk təkrar emala yönləndirilib.