Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşları üçün təlim keçirilmişdir

13/03/2023 17:08

“Təmiz Şəhər” ASC-nin dəstəyi ilə Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşları üçün tullantıların düzgün idarə edilməsi ilə bağlı təlim keçirilmişdir. Bu sahədə məlumatlılığı artırmaq məqsədi daşıyan təlimdə ilkin çeşidləmənin üstünlüklərindən və təkrar emal imkanlarından bəhs olunmuşdur. Bakı şəhərində əmələ gələn tullantıların ətraf mühitə təsiri, eləcə də müasir üsullarla zərərsizləşdirilməsi sahəsində Cəmiyyətin həyata keçirdiyi fəaliyyətlərlə bağlı ətraflı məlumat verilmişdir. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti  “Yaşıl Strategiya” çərçivəsində fəaliyyətini dayanıqlı gələcək naminə qurmağı hədəfləyir və bu istiqamətdə müxtəlif layihələr həyata keçirir.