Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan futbol turniri keçirilib
30/05/2023 16:22
“Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan futbol turnirində 6 komanda mübarizə aparıb. Aparat və təsərrüfat sahələrinin əməkdaşlarının iştirak etdiyi oyunların finalında “Aparat” komandası “Mühafizə 1” komandası ilə qarşılaşıb. Gərgin keçən mübarizə şəraitində “Aparat” komandası turnirin qalibi olub. “Mühafizə 1” komandası 2-ci, “Ekologiya” komandası isə 3-cü yeri tutub. Turnirdə qalib komandalara diplomlar təqdim edilib.