“Təmiz Şəhər” ASC “Yaşıl və dairəvi iqtisadiyyat vasitəsilə inklüziv artıma nail olmaq" mövzusunda keçirilən beynəlxalq konfransda təmsil olunub

25/06/2023 16:07

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilib.

“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov "İqtisadiyyatın yaşıllaşdırılması: yaşıl və dairəvi iqtisadiyyat vasitəsilə inklüziv artıma nail olmaq" mövzusunda təşkil olunan panel müzakirədə iştirak edib.

Konfransda çıxış edən Cəmiyyətin sədri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti barədə ətraflı məlumat verərərk ətraf mühitin mühafizəsi, yaşıl və dairəvi iqtisadiyyatın inkişaf etdirilməsində tullantıların düzgün idarə edilməsinin rolunu vurğulayıb. Qeyd olunub ki, 2009-cu ildn fəaliyyət göstərən Cəmiyyət bu istiqamətdə müsbət təcrübə qazanaraq ötən müddət ərzində Bakı şəhərində tullantıların düzgün idarə edilməsini həyata keçirmək məqsədi ilə irimiqyaslı işlər görüb. Hazırda Cəmiyyətin nəzdində fəaliyyət göstərən Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu, Bakı Bərk məişət tullantılarının yandırılması zavodu ətraf mühitin mühafizsi ilə yanaşı yaşıl artıma töhvə verən təsərtrüfat sahələri olduğu diqətə çatdırılıb.

Bildirilib ki, tullantıların düzgün idarə olunması sahəsində 10 ildən artıq təcrübəsi olan qurumun fəaliyyət dairəsi genişləndirilərək işğaldan azad olunan əraziləri də əhatə edir. Hazırda bu bölgədə tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlər aparılır.

Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən panel müzakirədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.