ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçirilən “Yay məktəbi” başa çatıb
01/08/2023 15:28
ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçirilən 8-ci “Yay məktəbi”nin bağlanış mərasimi baş tutub. Dörd həftə davam edən “Yay məktəbi”ndə iştirakçılar müxtəlif mövzularda təlimlərdə iştirak ediblər və şagirdlərə ətraf mühitin mühafizəsi, eləcə də tullantıların düzgün idarə olunması ilə bağlı ətraflı məlumat verilib. Müxtəlif təhsil müəssisələrindən 40-dan çox şagirdin qatıldığı “Yay məktəbində” iştirakçılar üçün fərqli ixtisas və peşə sahibləri tərəfindən müxtəlif mövzularda nəzəri və praktiki təlimlər təşkil edilib. “Təmiz Şəhər” ASC-nin istehsalatda çalışan təlimçiləri tərəfindən tullantıların düzgün idarə edilməsində yeni yanaşmaların tətbiqi və tullantının həm də səmərəli xammal olduğu barədə şagirdlərə ətraflı məlumat verilib. Təbii ehtiyatların azaldığı və ehtiyacların artdığı bir dövrdə tullantıların düzgün idarə edilməsi prosesində hər kəsin rol ala biləcəyi vurğulanıb.
“Yay məktəbi”ndə iştirak edən sagirdlər üçün “Təmiz Şəhər” ASC- nin nəzdində fəaliyyət göstərən “Tullantıdan Sənətə” muzeyinə maarifləndirici tur təşkil olunub. Ənənəvi olaraq hər il ADA univeristeti və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçirilən “Yay məktəbi”nin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.