Xəzər günü ilə əlaqədar təmizlik aksiyası keçirilib
14/08/2023 12:27
İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC, Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 12 avqust “Xəzər günü” ilə əlaqədar Bilgəh çimərliyində təmizlik aksiyası keçirilib. Yüzdən çox könüllünün qoşulduğu aksiya çərçivəsində çimərlikdən 600 kq-a qədər tullantı toplanaraq Balaxanı bərk məşət tullantılarının çeşidlənməsi zavoduna göndərilib. Aksiyayada iştirak edənlərə təşəkkürümüzü bildirir və hər kəsi ətraf mühitə qayğı ilə yanaşmağa çağırırıq.