“Təmiz Şəhər” ASC-nin “ Bizimlə böyüyən ağac layihəsinə qoşulan növbəti təhsil müəssisəsi Hədəf STEAM Liseyi oldu.

30/12/2023 14:37

Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən “ Bizimlə böyüyən ağac” layihəsinin əsas məqsədi orta məktəblərin həyətyanı sahəsində yaşıllıqları genişləndirərək ətraf mühitin mühafizəsinə töhfə verməkdir.

Dünya Azərbaycanlılarının Həmrəylik Gün və Yeni il ərəfəsində keçirilən növbəti ağacəkmə aksiyası Hədəf STEAM Liseyinin Abşeron filialında baş tutdu. 

Layihə çərçivəsində təşkilatçılar tərəfindən liseyin hər bir sinifinə bir ağac tingi verilidi və məktəblilərin iştirakı ilə  liseyin həyətində əkilən ağaclara qulluq  onu əkən sinfin şagirdlərinə həvalə olundu. 

Ölkəmizdə ətraf mühitin mühafizəsinə böyük önəm verildiyini, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu nəzərə alaraq, bu layihənin gələcəkdə genişləndirirək digər təhsil müəssisələrində və işğaldan azad edilən ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur.