"Təmiz şəhər" ASC tərəfindən növbəti təlim keçirilib

06/03/2024 10:03

“Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri üçün təlim keçirilib. Ətraf mühitin mühafizəsi və bərk məişət tullantılarının düzgün idarə edilməsi prosesinin əhəmiyyəti haqqında şagirdlərə ətraflı məlumat verilib. Tullantıların ilkin çeşidlənməsində hər kəsin rolunun ola biləcəyi qeyd olunaraq bu istiqamətdə birgə fəaliyyətin vacibliyi vurğulanıb. Təlimdə şagirdlərə tullantıların düzgün idarə edilməsi ilə bağlı maarifləndirici bukletlər paylanılıb, interaktiv oyun təşkil olunub və İqlim dəyişmələrinin ətraf mühitə təsirini əks etdirən qısa film nümayiş etdirilib.Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.