Azərbaycan Prezidenti Bərk Məişət Tullantılarının Yandırılması zavodunun təməlqoyma mərasimində iştirak edib

11/03/2009 14:17

Azərbaycan Prezidenti Bərk Məişət Tullantılarının Yandırılması zavodunun təməlqoyma mərasimində iştirak edib.

Noyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev bərk məişət tullantılarının yandırılması zavodunun təməlqoyma mərasimində iştirak edib. Bu barədə məlumatı çərşənbə axşamı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısına layihə əsasında məlumat verilmişdir ki, bərk məişət tullantılarının toplandığı ərazidə – Balaxanı poliqonunda zavodun inşası üçün 20 hektar torpaq sahəsi ayrılmışdır. Zavodu tenderdə qalib gəlmiş Fransanın CNİM şirkəti inşa edəcəkdir. Müəssisədə hər il 500 min ton tullantının emal edilməsi nəzərdə tutulur.

Tullantılar zavodda çeşidlənərək yandırılmaq və təkrar emal üçün ayrılacaqdır. Yandırılacaq tullantılardan ildə 231 min 500 meqavat elektrik enerjisinin alınması planlaşdırılır.

Prezident İlham Əliyev kapsulu bünövrəyə buraxaraq, beton qarışığı tökən qurğunun düyməsini basıb.

İnşaatçılara tövsiyə və tapşırıqlarını verən dövlətimizin başçısı onlara uğurlar arzulayıb.