Tullantıların içərisindən tapılan sənədlər və avtomobil nömrələri polisə təhvil verildi
22/08/2024 14:24
“Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrindən olan Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilən tullantılar çeşidlənərkən içərisindən xeyli sayda sənədlər və nəqliyyat vasitələrinə aid dövlət nömrə nişanları tapılır. Tapıntıların sahiblərinə qaytarılması məqsədi ilə həyata keçirilən “Tap qaytar” layihəsi çərçivəsində tapılan 85 şəxsiyyət vəsiqəsi, 5 sürücülük vəsiqəsi, 5 avtonəqliyyat vasitələrinin qeydiyyat şəadətnaməsi, 2 diplom, 10 xarici pasport və 4 avtomobil dövlət nömrə nişanı, 5 hərbi bilet, 6 doğum haqqında şəadətnamə, 6 ədəd təhsil haqqında şəhadətnamə, 2 ədəd əmək kitabçası Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna təhvil verilib. Qaydalara görə tapılan sənədlər 1 ay müddətində saxlanılır və həmin vaxt ərzində sahibi aşkar edilmədikdə vətəndaşın qeydiyyatı üzrə yaşayış ünvanına, eləcə də müvafiq təşkilatlara göndərilir. Qeyd edək ki, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu müasir texnologiyalar əsasında qurulub və 2012-ci ildən fəaliyyət göstərir. Ətraf mühitin mühafizəsinə xidmət edən bu zavod hər il min tonlarla tullantının təbiətə atılmasının qarşısını almaqla yanaşı “Tap qaytar” layihəsi ilə xeyli sayda insanın sevinməsinə səbəb olur.